Gönderi

Bunlar səadətin 4 növüdür
"Hikmət" ona deyərlər ki, idrak varlıqları dərk etdikcə, o da inkişaf etsin. Bütün varlıqlar Allah, ya da insan tərəfindən yaradıldığından hik- mət də iki növ olur: biri öyrəniləsi, biri ediləsi, yəni nəzəri və əməli. "Şücaǝt" ona deyərlər ki, "qəzəb nəfsi" "nitq nəfsinə" tabe olsun, təhlükəli anlarda özünü itirməsin, onun məsləhəti ilə oturub-dursun, həm gördüyü iş bəyənilsin, həm də göstərdiyi təmkin xoşa gəlsin. "İffət" ona deyərlər ki, "şəhvət" qüvvəsi "nitq nəfsinin" ixtiyarında olsun, meylləri onun arzusuna uyğun gəlsin, beləliklə, həm xeyir görsün, fayda götürsün, həm düşkünlük əsarətindən qurtarsın, həm də çılğınlıq xidmətindən. "Ədalət" ona deyərlər ki, bu qüvvələrin hamısı əlbir olub ittifaq bağlasınlar, idrakın yaxşını pisdən ayıran qüvvəsini özlərinə böyük seçib onun əmrindən çıxmasınlar, beləliklə, şəhvət, ləzzət, eyş-işrət qüvvələrinin hücuma keçib öz sahiblərini fəlakətə sürükləməsinə mane olsunlar, onda insaf və mürüvvət hissi oyatsınlar..
·
135 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.