·74 syf.··Beğendi
···Okunma: 31 Ocak 2023 00:00 Zweigdan oxuduğum bir başqa kitab daha. Artıq yazarın dili o qədər tanış gəlir ki, mənə. İnsan kitabı oxuduqca daim o kədərli və məyus havanı hiss edir. Sonluqları isə onun imzasına çevrilib. İçərisində 5 hekayə olan bu kitabda hekayələr çox qısa olsa da xeyli mənalıdır. Mənə isə ən çox təsir edən hekayə "Leporella" oldu. Bu hekayədə insanın yaşamaq üçün olan, qalan tək məqsədinin necə məhv olub getməsinə şahid oluruq.
Bəzən bəzi hekayələri kaş daha uzun olsaydı deyirəm. Amma hər hekayənin ani sonluğu əlbəttə insanı bir anlıq durub düşünməyə vadar edir.