·268 syf.····Okunma: 30 Ocak 2023 01:57 Henri Çinaski Bukowskinin prototipidir. Uşaqlıq və yeniyetməlik illərindən danışır Çinaski. Atası sarıdan bəxti gətirməyib, kəmərlə döyürmüş onu və istəmirmiş danışmağını. Atasına görə uşaqların səsi gəlməməlidir. Varlı olmaq istəyən atası başda Çinaskinin kasıb məhəllə uşaqları ilə oynamasına icazə vermir. Çinaskini varlılar oxuyan Çelsi liseyinə göndərir. Bir sözlə atası varlı olmaq düşüncəsində ilişib qalıb.
Çinaski uşaqlıqdan yalnızlığı sevir. Ona görə yataq otağında ən yaxşı yer yatağıdır. Yataqda onu narahat edəcək heç bir şey baş vermir. Onunla dost, tanış olmaq istəyən yaşıdları normal olsalar Çinaski həyatı, yaşamağı sevərdi. Qarşısına normal biri çıxmayan Çinaski özünü milçəkləri cəlb edən pox adlandırır.
Çinaski məktəb illərindən bəhs edərkən çox səmimidir. Beysbolcu olmaq xəyalı quran Çinaski masturbasiya, içkini kəşf edib onlardan həzz alması, uşağın necə olması prosesini öyrənib atasının spermasından yaranmasını iyrənc sayması və qadınları dikizləməsi barəsində danışır.
Lisey illərində həyatını məhv edən çibanları saymasaq Bukowski yenə yalnızdır. Bir liseydə oxuduqları Dazlak və Jimmy Hatcherlə münasibəti necə gəldidir. Çibanlar qızlarla ünsiyyət qura bilməyəcəyini düşünməsinə səbəb olur. Qızlara yaxın düşə bilməməsinə digər səbəb pulsuzluğudur.
Atasının yazdırdığı varlıların oxuduğu liseydə onların yaşayışına baxıb özünü bir heç hesab edir. Həyatda heç nəyə maraq duymur.
Liseyi bitirən Çinaski bir müddət işləsədə dava etdiyindən qovulur. Oğlunun işsiz olmağından utanan atası onu universitetə yazdırır. Ancaq Çinaski hər şeyə olduğu kimi universitetə maraq duymur. Gecələr pəncərədən qaçıb gecə həyatı yaşayan Çinaski atasının onun yazdıqları hekayələrə görə evdən qovması ilə qumar, içki və döyüşün əskik olmadığı avaraçılıq həyatına qədəm qoyur.
Çinaskini Holden Caulfieldə bənzətdim. Çinaskidə onun kimi hər şeydən narazıdır və onun kimi tək qalmaq istəyir. Caulfield benzin stansiyasında iş tapıb özünü lal - kar apararaq işləmək istəyirdisə Çinaskinin könlünə yatan qabyuyan işidir. Təki insanlardan uzaq olsun. Bank soymaq fikri tez - tez beynindən keçir. Gələcəyindən ümidsizdir. Çinaskinin bu həddə gətirib çıxaranın ailəsi olduğu qənaətindəyəm. Atasının qəddar biri olması və anasının məzlum kimi davranıb oğlunu qorumaması Çinaskinin gələcəyini böyük ölçüdə müəyyənləşdirmişdi. Çinaskinin özündə də az yoxdur. Cinsəlliklə erkən yaşda tanışan, qadınlara hədsiz maraq duyaraq onları pusmaqdan və izləməkdən xoşu gələn Çinaskinin etdiyi ədəbsizliklər məni narahat etmədi. Dostu kimi birlikdə gəzdiyi Jimmy Hatcherin etdiyi hərəkətlər daha əxlaqsız idi. Çinaskinin çibanları ilə əlaqəli anlatdıqları ürəyinizi bulandıra və ya sizə sıxıcı gələ bilər. Bukowskidən oxuduğum üçüncü kitab oldu. "Makulatura" və "Poçt İdarəsi" əsərlərinə nisbətən bəyəndim. Yazıçının əsərdə dediyi kimi atası həqiqətən onu yazdıqlarına görə evdən qovubsa yaradıcılığı ilə tanış olmaq barəsində yaxşı-yaxşı düşünməyinizi tövsiyə edirəm.