·481 syf.··Beğendi
···Okunma: 04 Şubat 2023 13:07 Bu kitab mənim diqqətimi çox çəkmişdi. Xüsusilə də əsərin adı. Bir çox tarixi hadisələrdən söz açılır, eyni zamanda yəhudilərə qarşı almanların bilmədiyim bir nifrətindən , onlara qarşı amansız istismardan,dini ayrı-seçkilik məsələlərindən, baş qəhrəmanın öz yaxınlarının bilmədiyi keçmişindən və nəhayət 60 illik sevgidən bəhs edir.O sevgi xalqlarının düşmən olduğunu bilə bilə bir-birlərinə olan məhəbbəti sönməyən, evliliyə qədər davam edən münasibətə çevrilir.Lakin hal-hazırda demokratik Almaniyaya xas olmayan bu istismar 2-ci Dünya müharibəsi dönəmində bu 2 gəncin birlikdə evliliklərini davam etdirib xoşbəxt olmasına təəssüflər olsun ki, imkan vermir.
Əsər mənim üçün maraqlı idi.Ancaq o qədər də gözləntilərimi qarşılayan bir əsər deyildi.Buna baxmayaraq bir sıra yeni bilgilər əldə etmiş oldum.Məsələn , Serenadın bir avstriyalı bəstəkara aid olduğunu, Struma gəmisinin taleyini və bunun kimi bir sıra tarixi faktları öyrənmiş oldum.
Hadisələr maraqlı, kitab isə axıcıdır.Əsəri oxumağınızı məsləhət görərdim.