Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

168 syf.
9/10 puan verdi
·
3 günde okudu
Hər məqamda oxuna bilən çərəzlik kitablar #1
Sözün düzü, bir şeir kitabına necə inceleme yaza biləcəyim barəsində bir fikrim yoxdur. Daha dərin bir rəy üçün məncə kitabdakı hər bir şeiri təhlil etmək, o haqda fikirlərini qeyd etmək lazımdır. Amma bunu etməyi məcburi görmədiyim üçün sadəcə səthi olaraq və sonradan bu rəyimi oxuyanda özümü də məlumatlandıracaq olan qeydlər aparacam. Daha çox şair haqqında bəhs etmək istəyirəm. Bütün ömrü boyunca adının səhv yazılmasından əziyyət çəkən (bu mövzuya toxunmasam olmazdı, məqsəd qıcıklık) şairimiz Attila İlhan'ın üslubu mənə hər zaman maraqlı gəlib. Amma təəssüf ki, indiyə kimi tək-tək oxuduğum şeirlərindən əlavə şeir kitabını filan oxumamışdım. Şeirləri ilə hər qarşılaşanda niyə böyük hərflərdən və durğu işarələrindən istifadə etmədiyi qəribə gəlirdi mənə. Sözün düzü, heç bu mövzuda araşdırma edib axtarmamışdım da ki, bəs bunun səbəbi nədir. Nəysə, beləliklə kitaba başlamazdan öncə ilk etdiyim şairin üslubunun səbəblərini araşdırmaq oldu. Oxuduğuma görə şair Maviçilərdən olubmuş. Maviçilər Atillanın rəhbərliyi altında toplanmış ədəbi birlikdir. (Birlikdəki hər şairmi belə imla qaydalarına əməl etməyib bilmirəm) Məqsədləri şeirlərin sadə olmadığını və zəngin məna kəsb etdiyini vurğulamaq idi. Amma bu zəngin mənaları daha üstüörtülü formada oxucuya çatdırırdılar. Məni təəccübləndirən məqamlardan biri də kitabın sonunda şeirlərin mənalarını açıqlanması idi. Əgər Maviçilər şeirlərin əsas məğzini üstüörtülü formada çatdırmağı məqsədəuyğun qəbul edirdilərsə, niyə Attila bütün şeirlərini bir-bir açıqlayıb bunu anlamadım. Amma mənim Mavi akımı haqqında indiyə kimi qram məlumatım yox idi deyə yəqin ötürdüyüm məqamlar olub deyə fikirləşirəm... Beləcə niyə orfoqrafik normalara əməl etmədiyini tam şəkildə anlaya bilmədim. Bəzi mənbələrdə şeirin axıcılığını pozmamaq üçün etdiyi, bəzilərində isə divan ədəbiyyatı heyranı olduğu üçün belə etdiyinin qeyd olunduğunu gördüm. Məncə əməl edib etməməyinin elə bir əhəmiyyəti də yoxdu onsuz. Əsas odu şeiri yazıb və oxucuya çatdırıb chsjxj Sadəcə bir az insana maraqlı gəlir deyə araşdırdım. Daha doğrusu, araşdırmağa çalışdım :d Kitab haqqında isə onu deyim ki, ən sevdiyim şeirlər birinci hissədə (Gündelik şeyler) olan şeirlər idi. Şairin hər bir şeirin hekayəsini yazmasını və biz oxuculara düzgün şəkildə çatdırmaq istəməsini çox sevdim mən. Bəziləri tərəfindən buna görə qınaq obyektinə çevrilsə də məncə səhv bir davranış deyil. Məsələn, mən düşünürəm ki, hərhalda bu "Meraklısı için notlar" qismi olmasa idi kitabdan bu qədər zövq almazdım, şeirləri üstünkörü oxuyub keçərdim və alt mətnləri o qədər də yaddaqalan olmazdı. Yəni, qısacası, bu hissə sayəsində oxucu qayıdıb bir də şeirləri oxuyur və daha yaxşı anlayır. Deyə bilərsiniz ki, bəs bu qədər sevdinsə niyə dəyərləndirərkən 10 yox, 9 verdin? Səbəbi "Jilet yiyen kız" hissəsindəki şeirlər idi. Mən təəssüf ki, ədəbiyyatda, xüsusilə də, şeirlərdə cinsellik mövzusunu əhatə edən qisimləri sevmirəm. Bunun səbəbi isə yəqin ki, bu mövzular ortaya atılanda qadınların ön plana çıxarılması və çox zaman əşyəvi bir varlıqmışcasına qələmə alınmasıdır. (Qeyd edim ki, çox zaman yazmışam, yəni hər zaman deyil, kütləviləşdirmirəm) Onun xaricində bir problemim yox idi, digər hissələrdəki şeirlər çox gözəl idi. Xüsusi olaraq, "Sakın ha" şeirini sevdim. Şeirdə həbs edilmək üçün aparılan personajın həyat yoldaşı Sabiha üçün dedikləri və hisləri çox gözəl şəkildə ifadə edilib. Bundan başqa, kitabın öz adını aldığı şeir olan "Böyle bir sevmek" ilə də əvvəldən tanış idim. Və bu da yenə kitabdakı sevdiyim şeirlərdən oldu. Qeyd edim ki, bu şeir kimi şairin digər başqa şeirləri bir çox musiqiçi tərəfindən bəstələnib və ifa olunub. Son olaraq isə bu kitabda yer almayan, amma Attilanın çox gözəl şeirlərindən biri olan "Ben sana mecburum" şeirini də oxumağınızı tövsiyə edirəm. Bu şeir də həmçinin bir neçə ifaçı tərəfindən şərh edilib. Amma mənim daha çox sevdiyim Cem Karacanın ifasıdır və həmin ifanı bura qeyd etmək istədim. Xoş dinləmələr :)) youtu.be/pfsVHSEInGI Sevgilərlə, "Şeir kitabına necə inceleme yaza biləcəyimi bilmirəm",-deyib yenə də buranı beynindəki anlamlı, anlamsız hər cür düşüncərlə dolduran koca yürekli Zeynəb
Böyle Bir Sevmek
Böyle Bir SevmekAttila İlhan · Türkiye İş Bankası Kültür Yayınları · 20122,889 okunma
·
117 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.