Hamı həyatın ağırlığından, əzabından, gətirdiyi uğursuzluqlardan danışır, ancaq heç kim bu həyatı lazım olduğu kimi qurmaq, daha yaxşı etmək üçün çalışmaq istəmir.
...bizim məktəblərin ruhu ölüb, onlar şagirdlərə canlı düşüncələr yerinə quru və darıxdırıcı məktəb formullarının cansız tozunu verir. Bilik yanğısı oyada, şagirdlərdə elmə maraq yarada bilmir. Onlara elmi anlamaq və dəyərləndirmək qabiliyyəti verə bilmir.
Məktəbi, kitabı olmayan, sağlam, gözəl, sevinc dolu bir həyat qurmaq üçün heç bir ağıllı çağırış, canlı söhbət eşitməyən xalqdan bundan artıq nə gözləmək olar?... Milyonlarla əhali cismani, əqli və əxlaqi baxımdan çürüyüb gedir və heç kim bu mühitin üfunətini hiss etmir, hamılıqla pis qoxuya öyrəşiblər.