Matt Haig oxumağa bir çoxları kimi Gece Yarısı Kütüphanesi kitabıyla başlayaram deyə düşünürdüm, amma təsadüfən İnsanlar kitabı əlimə keçdi və beləcə müəllifin qələmi ilə tanışmış oldum. Kitab, yadplanetli bir varlığın Dünya-ya göndərilməsi ilə başlayır. Ona belə bir missiya verilir ki, professor Andrew Martin-in yerinə keçməli və onun etdiyi böyük riyazi kəşfin bütün izlərini Yer üzərindən silməlidir. Çünki bu kəşf insanlığın texnoloji inkişafını təhlükəli dərəcədə sürətləndirə bilər, hətta elə bir səviyyəyə çatdırar ki, nəticədə hər şey cığırından çıxa bilər. Yadplanetlini Yerə göndərən gözətçilər isə hesab edirdi ki, insanlıq hələ bu cür kəşfə, bu cür gücə mənəvi olaraq hazır deyil.
Sözün açığı, bu kitab mənim həyatımı dəyişdirən bir əsər olmadı. Amma oxuduğum 11 gün ərzində mənə yaxşı yoldaşlıq etdi. Bəzən düşüncələrimin bir parçası ilə qarşılaşdım, bəzən güldüm, bəzən isə absürdlüklərini sorğuladım. Sonda isə belə qənaətə gəldim ki, müəllif elə kitabın əvvəlində düz demişdi: "Bu kitab həm həyatın mənası, həm də heç bir şey haqqındadır". Oxuyursan, görürsən ki, bir çox fikrə qatılırsan, lakin sonda bir baxırsan ki, əldə var sıfır. Sən demə zaten bildiyin şeylərdi bu oxuduqların. Qısacası, bu kitab böyük cavablar vermir sizə. Amma yenə də vaxtınızı xoş keçirmək və yaxud mənim kimi reading slumptan çıxmaq istəyirsinizsə oxuna bilər.
Kitabda insanların nə qədər qəribə, ziddiyyətli varlıqlar olduğu barədə oxuyuruq. Həyatın absürd və mənasız tərəfləri göstərilir, amma eyni zamanda fərqinə varırıq ki, insan olaraq məhz bu absürdlüyün içində öz mənamızı yaradırıq. Yadplanetli üçün də yer üzündəki hər şey başda mənasız görünür – şərab içmək, musiqi dinləmək, sevgi, ailə və s. Amma zaman keçdikcə anlayır ki, bu mənasızlıq da özü bir məna daşıyır. Kitab boyunca onun yavaş-yavaş
Evakuasiya , Qaraqan -dan oxuduğum ikinci kitab oldu. Əslində, bir çoxumuzun da bildiyi kimi, Qaraqan çox sadə dildə -hətta məişət dilinə çox yaxın üslubda- yazır. Bu səbəbdən də kitabı oxuyarkən tez müddət ərzində bitirmək mümkündür, amma sizin ona ayırdığınız vaxtdan asılı olaraq bu müddət uzaya da bilər (örnək: mən). A -ya nisbətən sujet xətti daha yaxşı ələ alınmışdı məncə. (Nə vaxtsa bu kitaba da inceleme yazaram yəqinn idk)
Kitabın mövzusundan bəhs edim. (TW: sarkazm, spoyler, tənqid?)
Baş qəhrəmanlar: eqosundan özünü görmək mümkün olmayan, beyin əvəzinə hormonları ilə düşünən, bu yaşda hələ Baykalın nə olduğunu bilməyən 18 yaşlı Fidan və beyin cəhətdən ondan 100-120 pillə yuxarı (nəyə əsasən qərar verdiyimi sorğulamıram bcz məndə də bir az çatmır), ən azından düşünməyi bacaran, aşırı emo vibe aldığım və mənim kimi qulaqlığı qulağından düşməyən, qara papaqlı -olduğunu düşündüyüm- xaker Kənan.
Kitabda əsas hadisələr bir gün məktəbdə həyəcan siqnalı çalınması ilə başlayır. Müəyyən olunur ki, bəs ölkədə fövqəladə hal təyin edilib və evakuasiya prosesi aparılmalıdır. Beləcə, müdafiə tədbiri məqsədilə hamını göy avtobuslara yığıb aparırlar metrostansiyalara. Sözün düzü, ölkəmizdə belə bir sığınacağın olub olmadığından əmin deyiləm. Bunker deyəndə sovet dövründə tikilən, indi də narkomanların ocağı olan o yer ağlıma gəlir (Ulduzda idi deyəsən bilmirəm). Ona görə hər metroya minəndə vaqonun pəncərələrindən baxırdım ki, görüm həqiqətən sığınacağa bənzəyən bir yer, qapı filan görəcəm ya yox. Çox lazımsız məlumat oldu amma hələ də mənə maraqlı olan bir mövzudur. Nəysə
Bilirəm çox kinayəli bir giriş oldu, əslində, bu münasibətim də bir az müəllifin özünə qarşıdır. Elxan bəyin nisbətən eqoist biri olduğunu düşünürəm sözün açığı. Bir çox danışığında minnət hissi
İlk ayın ilk kitabı - Kahve Soğumadan Önce . Səhv etmirəmsə, Yaponiya ədəbiyyatından oxuduğum ikinci kitab oldu. Ədəbi cəhətdən çox da gözləntim olmayan bir kitab idi onsuz, amma düşündüyüm qədər də pis deyildi. Son zamanlarda qarşıma çox çıxırdı deyə bir şans verim dedim. Deyildiyi qədər axıcı bir kitabdır. Hətta bir və ya -mənim kimi- iki oturuşda bitirə biləcəyiniz qədər axıcı. Məncə şans verməyə dəyər.
Deməli, bu kitabda Tokyoda yerləşən kiçik bir kafedən və onun qeyri-adi xüsusiyyətindən danışılır. Bu kafedə zamanda səyahət etməyə kömək edən bir stul var. Lakin bu stula oturan şəxslər keçmişə (və ya gələcəyə) yalnız müəyyən bir anı dəyişmək üçün gedə bilərlər və bu zaman kitabın adından da göründüyü kimi çətin, amma gözlənilməsi mütləq olan bir qayda var: Qəhvəniz soyumadan əvvəl geri qayıtmalısınız.
Kitab Toshikazu Kawaguchi -nin çap olunmuş ilk romanıdır. Normalda, bu ssenari teatr tamaşası üçün yazılıb (və böyük bir mükafat sahibidir). Tamaşanı izləməyə gedən redaktorumuz isə tamaşanı çox bəyənib və müəlliflə danışaraq belə bir təklif irəli sürüb ki, ssenarini kitab halına gətirsinlər. Beləcə, elmi-fantastika kimi görünüb, əslində duyğu şəlaləsindən ibarət romanımız ərsəyə çıxmış olub.
Zarafat bir yana, həqiqətən, əsərdə gözəl məqamlara toxunulub və bu danılmaz bir gerçəkdir. Lakin yuxarıda da qeyd etdiyim kimi, ədəbi cəhətdən bir az zəif qalıb. Bu cəhətdən əskikliyi olsa da, müsbət tərəfi də o idi ki, hər şey çox gözəl təsvir olunmuşdu. Mühiti, məkanı, insanları təsəvvürümdə canlandırmaq üçün heç əziyyət çəkmədim. Yersiz təkrarlar olmadan edilən bu səlis təsvirlər baya xoşuma gəldi.
SPOİLER
Kitab 4 bölmədən ibarətdir və düşünmüşdüm ki, bir-biri ilə əlaqəsi olmayan dörd hekayə oxuyacağam. Amma məni çox təəccübləndirən məqamlardan biri elə bu oldu. Hekayələr arasında heç
Ve Dağlardan Səda Gəldi Əfqanıstandan Amerikaya, Parisdən Tinosa qədər uzanan, nəsillər boyu bir-birinə toxunan yaşamlardan və dərin bağlardan bəhs edən bir romandır. Kitab, kiçik bir əfqan kəndində - Şadbağda başlayan hekayəsilə, Abdulla və balaca bacısı Pərinin ayrılığı ətrafında formalaşıb, ailə sevgisi, fədakarlıqlar, itkilər və peşmanlıqlar üzərində durur. Khaled Hosseini , hər personajın həyatına toxunaraq, sevginin necə qarmaşıq olduğunu və keçmişin silinməz izlərinin insan ruhunda necə dərin izlər qoya biləcəyini məharətlə təsvir edir.
Oxuduğum müddətdə elə hey düşünürdüm ki, görəsən, niyə kitabın adı məhz belədir. Epiloq hissəsində də qeyd olunduğu kimi bu ad qismən William Blake'in - Nurse's Song şeirinə əsasən qoyulub:
The little ones leaped, and shouted, and laughed,
And all the hills echoed.
Amma məncə əsas məna buradakı personajların həyatında baş verənlərin zaman, məkan fərq etmədən illər boyu davam edən təsirini ifadə etməkdən ibarətdir. Yəni, səsin dağda yaratdığı əks-səda kimi baş verən hadisələrin ağırlığı da, sədaları da digər nəsillərdə özünü büruzə verir, bir növ yankılanır.
Ümumilikdə götürəndə bəyəndiyim bir kitab oldu. Amma 8/10 verməyimin səbəbləri də var təbii ki. İlki ondan ibarətdir ki, kitabda personajların çox olmasına baxmayaraq onların hər birinin həyatlarına toxunulması möhtəşəm bir şeydir, amma təəssüf ki, yazılanda bütün təsiri demək olar ki, yoxa çıxıb. Bunun səbəbi isə məncə keçmiş və gələcək arasında olan keçişlərin çox sıx olması idi. Belə olanda baş verənlər bir az qarmaşıq hal alır və qeyd etdiyim kimi təsiri itir. İkinci səbəb isə ondan ibarətdir ki, müəllif müasir dövrün inikası olaraq personajların yaşadığı həqiqi dünyanı əks etdirməyə çalışarkən, bəzi məqamlarda cinsi, arqo ifadələri üstün tutan bir danışıq tərzini uyğun görüb. Amma düşünürəm
2020-dən bəri oxumaq istədiyim bir kitab idi. Amma səhv xatırlamıramsa hələ o vaxtlar rəqəmsal kopyasını tapa bilmirdim deyəsən. Qismət bu ilə imiş. Yaxşı ki oxudum dediyim kitablar sırasına əlavə olundu. İndi isə həmişəki inceleme rutinimi bir balaca dəyişmək qərarına gələrək, əvvəlcə, kitabın mövzusuna toxunmaq istəyirəm.
Almond (Badam), sadə görünməsinə baxmayaraq, olduqca dərin mövzulara toxunan, duyğusal bir romandır. Aleksitimiya xəstəliyi olan Yunjae adlı bir gəncin hekayəsindən bəhs edir. Aleksitimiya – duyğuları anlaya bilməmək, onlara ad qoya bilməmək ilə müşayiət olunan xəstəlikdir. Buna qısaca duyğusal korluq da deyə bilərik. Beyində yerləşən badamabənzər orqanın, yəni amigdalanın ölçüsünün kiçik olması ilə izah olunur. Yunjae'də də amigdalanın ölçüsü kiçik olduğu üçün o, qorxu, sevgi, qəzəb, nifrət kimi ilkel, yəni primitiv duyğuların nə olduğunu bilmir. Sujet xətti boyunca, onun həyatda necə və nə kimi çətinliklərlə üzləşdiyini, eləcə də, yaşadığımız mühitdəki cəmiyyətin fərqliliklərə qarşı münasibətini oxuyuruq. Əslində isə öyrənirik ki, empatiya əskikliyi olan bu uşaq, ətrafımızdakı bir çoxlarından daha çox empatiya qura bilir, eləcə də canayaxındır və yaşanan hadisələrə qarşı doğru sual verməyi bacarır.
Normalda kitablara oxuma yaşı verməyi sevən biri deyiləm. Daha doğrusu, çox vaxt bunu təyin etmək mənə düşməz kimi düşüncələrdə oluram, amma bu kitabı məktəbli dostlarımızın da oxumasını səmimi qəlblə tövsiyə edərdim. Kaş elə o vaxtlar oxuyaydım dediyim bir kitab oldu. Düşünürəm ki, insana çox şey qatan əsərdir. Bu mövzuya da toxunmazdan əvvəl müəllif haqda da qeydlərimi edim.
Kitabın müəllifi Cənubi Koreyalı yazıçı Won-pyung Sohn -dır. Özü haqqında elə də çox məlumatım yox idi, sadəcə sevərək dinlədiyim qrupun nümayəndələri tərəfindən oxunduğunu görüb