Gönderi

192 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 10 days
George Orwellin Heyvanıstan kitabını yeni oxuma fürsətim oldu. Kitab hər hansısa bir ideologiyanın (düşüncəmə görə əsasda Marksizm ) qurulmunu dövrünü təmsil edir. Bie ideologiya və ya dövlət qurularkən onun ardıcıllığı demək olarki hər zaman eyni olur. Öncəliklə qurucu şəxs meydana çıxır və yeni ideologiyanın özgün fikirlərini bizlərlə bölüşərək bizi üsyana çağırır. Bəzən bu üsyana özü başçılıq etsədə, bəzən buna sadəcə müəllimlik etməyə ömrü yetir. Kitabda Major adlı donuz bu rolu təmsil edir. Daha sonra üsyan baş verir. Bu üsyana yaxşı və düzgün strategia ilə hazırlaşıblarsa, uğurlu olur. Əsərdə uğurlu olan üsyanın sonrakı etabları göstərilir. Siyasəti yaxşı bilən, zəkası daha güclü çalışan şəxslər özlüyündən fərqində olmadan lider, rəhbər kimi görülür. (Amma əslində üsyanın çıxma səbəbi hakimiyyətin olmaması və bərabərlik deyilmi idi?!) Sonra isə ilk başlarda zəfərin verdiyi özgüvənlə bir çox işlər yürüyür, lakin zaman keçdikcə bu daha da çətinləşir. Əsərdə rəhbər tutulan donuzlar və əsasda Snowball və Napoleon bir müddət idarəçiliyi əlində saxlasada , siyasətin şərtlərinə əsasən bir yerdən sonra artıq fikir ayrılığı - bölünmə /partiyalaşmaya başlayırlar. Bu sırada üsyanın təsirindən çıxmayan Heyvanıstan sakinləri hələdə vəziyyətin fərqində deyillər. Tək istədikləri "Cons geri qayıtmasın !" və tək anladıqları "siyasi şüar" "Dörd ayaq yaxşıdır , iki ayaq pisdir". Spoiler verməmək üçün digər hissələri qeyd etməyəcəm. Yazıçı əsərdə hər ideologianın bir gün başa qayıda biləcəyini, əslində hakim təbəqəsinin var oluşunu , ideologiyaların heç bir zaman tamda mükəmməl olmadığını və ən əsası daxili çəkimələrin , eqonun bizə gətirdiyi zərəri ,ətrafa verdiyi faydanı açıq şəkildə öyrədir. Kitabda ən sevdiyim cümlə ilə fikirimi bitirmək istəyirəm ,unutmayın heyvanlar burda sadəcə təmsildir. Nəyi və kimi təmsil etdilərini isə əsərdə görəcəksiz. "BÜTÜN HEYVANLAR BƏRABƏRDİRLƏR. LAKİN BƏZİ HEYVANLAR BAŞQALARINDAN DAHA ÇOX BƏRABƏRDİRLƏR! "
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018248.8k okunma
·
94 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.