Spoiler var
8/10
·208 syf.··
Beğendi
·
2023 4. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Şubat 2023 20:18
Osmanlı tarixinin bir hissəsi haqqında fərqli baxış bucağı qazandırıb, "ya belə olsa idi" deyə düşünməyə səbəb oldu. Ufkumu və dünya görüşümü genişləndirən kitablardan idi. Yiğit Gündüzün qardaşının qatillərinin kim olduğunu araşdırarkən çox qədim və güclü bir örgütlə qarşı-qarşıya qalmasından bəhs edən bu kitab tarixə xüsusi bir marağım olmasa belə zövq aldığım bir kitab oldu. Kitabda bəyənmədiyim bəzi yerlər var idi. Bunlardan birincisi məkan və xüsusilə də şəxslərin xarici görünüşünün təsvirlərinin az olması idi. Bəzi məkanları və şəxsləri xəyal etmək çətin oldu. Yenə də bu oxuma zövqünü çox da qaçıran bir faktor deyil. Ikincisi kitabın əvvəlindən bəri gücü,tarixi, qədimliyi haqqında mədhiyyələr düzülən ERKAN'ın şifrələri bu qədər asan çözülməməli idi. Daha qarmaşıq şifrələr gözləyirdim. Cildi də daha gözəl ola bilərdi məncə. Tarixi kurgu olduğu üçün hansı məlumatın kurgunun bir parçası hansının isə tarixi reallıq olduğunu araştırmaq önəmlidir. Oxuyarkən məkanları araşdırıb oxumağınız daha əyləncəli olardı. Dan Brown qələmini sevənlər üçün yaxşı seçim ola bilər
1000Kitap
Derin İmparatorlukOrkun Uçar · Altın Kitaplar · 2007340 okunma
·
65 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.