Gönderi

352 syf.
8/10 puan verdi
·
Beğendi
(Spoiler) Savanna… əvvəlcə sahildə sarışın qızın yanındakı qarabuğdayı qız idi, Con üçün. Çantasını dənizdən çıxardığı adi bir qız… Lakin Savanna ilə vaxt keçirdikdən sonra o, adi bir qızdan Conun əbədi sevgisinə çevrildi. Oxumağın daşını atıb orduya yazılmış Conla Savannanın tanışlığı məzuniyyət vaxtı baş tutmuşdu. Məzuniyyət bitdikdən sonra onlar bir-biri ilə məktub vasitəsilə əlaqə saxlayır, zəngləşirdilər. Bir neçə müddət bu belə də davam edir… Ta ki 11 sentyabr hadisələrinə qədər… Bu hadisələrdən sonra Con iki il daha müqavilənin vaxtını uzadır. Yəni qısaca, ölkəsinə xidməti üstün tutub şəxsi həyatını qurban verir. Savannadan gələn məktubların sayı gün-gündən azalır...və bir gün “Sevgili Con” başlıqlı “Bağışla məni, Con” sonluqlu son məktubu əldə edir.
Sevgili John
Sevgili JohnNicholas Sparks · Artemis Yayınları · 2007413 okunma
·
200 görüntüleme
Tamile Ferhadova