Gönderi

720 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Heç bir kitaba bu qədər ağlamamışdım... Heç bir kitabın son səhifəsini də oxuyub kənara qoyduqdan sonra uzun uzadı bu qədər düşünməmişdim.(Bilmirəm, bəlkə duyğusal bir vaxtıma gəldi) Viktor Hüqonun məşhur əsərlərindən biri- Gülən adam. Kompraçikoslar(uşaq oğruları, uşaq alverçiləri) tərəfindən üzünə əbədi qəhqəhə əməliyyatı edilmiş Quinplenin həyatı timsalında Hüqo bizə çox şeyi öyrədir və göstərir. Qəlbin kədərdən parçalanarkən, zahirən gülünc olmaq necə də alçaldıcı əzab, nə böyük qəzəbdir! Mütləq oxunmalı kitablardandır. Kitabın bəzi hissələrində tarixi faktların, uzun uzadı təsvirlərin çoxluğu bir az sıxıcı idi, qalan hər şey mükəmməl. Bu əsərdə həm macəra, həm tarix, həm siyasət, həm faciə, həm acı gerçəklik,həm də əntər Quinplenlə kor Deanın şirin romantizmi var. Eybəcər Quinplen ölümdən xilas etdiyi kor qız Deanı, Dea isə onu sevirdi. Onların demək olar ki hər səhnələrində təsirləndim. Deanın gözü görmürdü, amma qəlbi görürdü... Quinplen eybəcər hala salınmasaydı yenə də Deanı sevərdimi bilmirəm, amma Dea kor olmasaydı da yenə Quinpleni sevərdi... Kitabı oxusaz Ursusa qarşı qəribə hiss bəsləyəcəksiz. Amma, bu qoca filosof mənim çox xoşuma gəldi. Homodan da danışmamaq olmaz. Homo canavar idi. Bəli, bəli canavar. Homo haqqında kitabda altından xətt çəkdiyim cümləni deyə bilərəm - "Həyatda elə hallar olur ki, ən dərrakəli zəka belə vəfalı heyvanın hissiyatı ilə müqayisə oluna bilmir. Heyvan sanki yuxuda gəzən, amma ağlı yerində olan insan kimidir." Bu qədər.
Gülən Adam
Gülən AdamVictor Hugo · Parlaq İmzalar Nəşriyyatı · 2021255 okunma
·
309 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.