Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

128 syf.
10/10 puan verdi
·
1 saatte okudu
Çocuk, Köstebek, Tilki ve At
Çocuk, Köstebek, Tilki ve At
ən sevdiyim kitablardan biri oldu. Həm rəsmləri, həm verdiyi mesajlar, sevərək öyrətməyi ilə, sətirləri ilə qəlbimi fəth etdi. Dəfələrlə açıb oxuyacağım bir kitab oldu. 7-dən 70-ə hər kəsin oxumalı olduğu kitabdır məncə. Nə edirsiniz edin, özünüzə haqsızlıq etməyin. Özünüzü, ruhunuzu, bədəninizi sevin, hal-hazırda sevirsinizsə sevməyə davam edin. Özünüzə qiymət verin. Özünüzü yaxşı tanıyın. Həqiqətən nəyi istəyib, istəmədiklərinizi öyrənin və bunu sizin yerinizə başqalarının qərar verməsinə icazə verməyin. Özünüzü kiminsə insafına buraxmayın. Nə qədər yaşayacağımızı bilmirik, ancaq necə yaşayacağımızın çox faizi bizim əlimizdədir, unutmayaq, unutdurmayaq. Başqalarını xoşbəxt etməyə çalışdığınız kimi özünüzü etmək üçün də çalışın. Ən əsası özünüzü sevin həmişə.
Çocuk, Köstebek, Tilki ve At
Çocuk, Köstebek, Tilki ve AtCharlie Mackesy · Mundi Yayınevi · 20212,464 okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.