·96 syf.····Okunma: 16 Şubat 2023 21:17 "yaxşı ki gəldin.
böyük stəkan götür.
çaydan, qəhvədən bir şey süz,
otur.
kəmərini bağlamağı da unutma.
uçuşa hazırıq kapitan."
Yaşayırıqmı həqiqətən?
Əgər yaşayırıqsa, bu qədər acıya, əzaba necə davam gətirə bilirik?
Unutmuruq, ancaq üzərini bir az tozlandırırıq.
Yeri gələndə o tozları silib, yenidən canlandırırıq o acıları. Acı verirsə, niyə yenidən xatırlamaq istəyirik?
Çünki, özümüzə əzab verməyi sevirik biz. Qoy xatırlayaq/xatırladaq özümüzə. İncitsə də, olar, elə deyilmi?
Qoy açaq toz basmış yaralarımızı. Dəfələrlə xatırladıb, əzab verək özümüzə.
Biz yaşamırıq, yaşamağı bacarmağa çalışırıq.
Kim daha yaxşıdır? Sən yoxsa, mənmi. Sənə görə sən, mənə görə mən deyilmi?
Bu heç vaxt dəyişmədi və dəyişməyəcək. Bu, həyatın 'karma'sıdır, belə də davam edəcək.
Gəl, hər şey belə olsun. Hər kəs özü üçün ən mükəmməli olsun. Zatən belə olmalı deyilmi?
Gəl sən ilk olaraq özünü sev, sonra başqalarını. Özünü sevmədən heç kimi sevə bilməzsən axı.
Ya da, özündən başqa heç kimi sevmə. Bu eqo adlanacaq, amma boş ver. Qoy eqo adlansın, amma səni heç kim incitməsin.
"gedərkən qapını yaxşı ört,
çox soyuqdu Saturn.
üşüyürəm sonra.
qayğıma qalanım da yox, məlum.
amma sən
salamat qal."
"sağ əlini qaldır havaya,
sol əlini endir aşağıya.
bədənin yandıqca külün suya,
tüstün dumana.
sonsuzluğa.
əlvida!.."