Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
Oscar Wilde bu romanı antik Romada keçən bir eşq hekayəsindən ilhamlanaraq yazıb. Belə ki: Hadrian adlı 117 və 138-ci illər arasında Roma imperatoru, Yunanıstana səfərləri ərəfəsində Antinous adlı bir gənci görür və onu özü ilə Romaya gətirir. Münasibətləri , Antinousun 12-19 yaşlarına təsadüf edir. Onu digərlərindən ayıran xüsusiyyəti isə çox “qəşəng” olmasında və mələküzlülüyündə imiş. Eyni bizim Dorian kimi. Onların sevgililikləri ərəfəsində Romada Hadrianın gey olduğu ilə bağlı söyləntilər çoxalırmış. Ancaq insanlar, onun imperatorluq fəaliyyəti çox yaxşı olduğundan buna göz yumurmuşlar. Bir gün Antinousun 19 yaşı olanda, eramızın 130-cu ilində, təqribən 1900 il bundan qabaq Hadrian və Antinous Nil çayında üzərkən Antinous boğularaq ölür. Onun bu sirli ölümüylə bağlı bir neçə fərziyyələr var. O, sevgilisi Hadrianın reputasiyasına xələl gətirən münasibəti sonlandırmaq üçün özünü boğmuş ola bilər. İkinci bir tərəfdən Antinous Hadrianın ömrünü uzatmaq üçün intihar etmiş ola bilər. Çünki o vaxtlar tanrıya insan qurban edildikdə ömrün uzanacağına inanılırmış. Ya da ki çayda necəsə axıntıya qarışıb ölüb. Hadrianın sevgilisinin ölümünə verdiyi reaksiya epic olub. Antinousun boğulduğu yerin yaxınlığına bir şəhər qurub və adını “Antinopolis” qoyub O, Antinousa artıq bir tanrı kimi ibadət oluna biləcəyinə qərar verib və onun xatirəsinə imperiya daxilində məbədlər tikərək, mərhum gözəl sevgilisinin 2000-ə qədər heykəlini istifadəyə verib. Nerden baksan kral hareket. Bunu özümdən uydurmadım təbii ki. Kitabda bir yerdə: Resam hayretle: O benim için şimdi, bütün sanatımdır dedi. Ben bazan Harry, cihan tarihinde iki önemli çağ olduğunu düşünürüm. Birincisi: Yeni bir sanat aracının ortaya çıkışı. İkincisi: Yeni bir sanat şahsiyetinin ortaya çıkışı. Venedikliler için yağlı boya resmin bulunması sonraki Yunan heykeltıraşlığı için Antimous'un yüzü ne idiyse Darian Gray'in yüzü de bir gün benim için aynı şey olacaktır. Sözün açığı mən kitabla çox empatiya qura bilmədiyimdən onu tam olaraq sevə bilmədim. Kitabdan sonra filminə baxdım. Filmdə bəzi yerlərin dəyişdirmişdilər. Filmdən sonra araşdırma elədim, sən demə bu kitabın nəşrləri arasında da fərqlər az deyilmiş. Oscar özü deyirmiş ki, Basil olduğum, Harry mənim o olduğumu sandıqları, Dorian isə olmaq istədiyim adamlardır. Kitabı oxuyanda adama elə gəlir sanki bunlar heç də ayrı-ayrı adamlar yox, bir adamın içindəki fərqli tərəflərdir. Deyək ki, Basil simvolik olaraq ağdır, Harry qara. İkisinin vəhdətindən Boz ortaya çıxır. Bu boz da Gray deyə ingilis dilinə çevrilib baş obrazın ad-soyadını əmələ gətirir- oldu mu Dorian Gray. Hahahah bu video kimi danışdım lap: youtube.com/watch?v=c_m364K... Onsuz Dorian da yaxşılıq və pislik arasında gedib gələn, daxili təlatümlər keçirən bir arkadaşımız idi. Deyirəm kaş Dorianın Portreti kimi hamının bir portreti olardı. Onu evimizin ən görünən yerindən asardıq. Vicdan həyatdakı kimi mücərrəd deyil də romandakı kimi konkret bir mövhum olardı və vicdanımızda, ruhumuzda olan dəyişikliklər portretdə əksini tapardı. Heç kim gizlənə bilməzdi. Hamının necə insan olduğu portretinə baxan kimi bilinərdi. Zatən əsərdə də “kim necə insandırsa üzündə təzahürünü tapır” tipli cümlələr işlənir, ancaq bu belə deyil, ona görə ki Dorian Gray.
Dorian Gray'in Portresi
Dorian Gray'in PortresiOscar Wilde · Can Yayınları · 201873,4bin okunma
·
142 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.