·400 syf.····Okunma: 18 Şubat 2023 16:24 Kitab ,doğurdan da, sonda məni təəccübləndirdi. Daha çox sitat paylaşmaq istərdim amma spoiler verməmək üçün özümü saxladım. Kitaba başlayanda onun hər oxucunu təəccübləndirəcəyi barəsində "xəbərdarlıq" yazılmışdı. Lakin mən bu qədər yanılacağıma inanmırdım. Beynimiz o qədər fərqli sonluğa fokuslanır ki, ola biləcək ehtimalı gözardı edir. Kitab təkcə sizi obrazın psixoloji vəziyyəti ilə deyil, həm də özünüzünkü ilə maraqlanmağa təkid edir. Hər cümlədə "bu məndə də belədir" deyə biləcəyimiz bir çox hallar var. Yazar sözün əsl mənasında təqdirəlayiq əsər ortaya çıxarıb.