Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

·
Puan vermedi
•Bu kitabda ölkəsindəki gedişatdan məmnun olmayan inqilabçı gəncin öz dönəmi ilə münaqişəsini, yeni bir fikrin müdafiəsində durmağını, nəsillər arası münaqişəni oxuyacaqsız. Yeni fikir dediyimiz o dönəm Rusiyada yeni dəb olmuş nihilizmdir. Kitabdakı ən əsas obrazımız da bu axımın tərəfdarlarından biridir. Yenilikçi nəsil ilə köhnə nəsilin mübarizədən bəhs edilir kitabda. Nihilizm mövzunda yazılmış ən aydın və qane edici romandır fikrimcə. Yəni kitabı oxuyarkən də görəcəksiniz ki nihilizmin nə olduğunu açıq aşkar ortaya qoyur. Digər yazarların romanlarındakı kimi bunu dolayı yollarla etmir. Kitabın əsl adı atalar və uşaqlarıdır. Yəni yazar həm də ailə münasibətlərini də işləyir. Valideynlərin övladlarının qayğısına qalma və onlara olan ümidləri çox gözəl işlənilib. Bununla belə uşaqların isə valideynlərdən bəzi axımlara qapılaraq uzaqlaşması əks olunub. Mənəvi hislərdən, dəyərlərdən uzaq durmağa çalışan materialist obrazımızın bir vaxt sonra elə bu hiss və dəyərlər qarşısında yaşadıqlarını oxuyuruq. Bunlarla yanaşı ata və oğul münasibətindəki psixoloji analizlər də özünü göstərirdi. Obrazların dilə gətirdiyi sözlərin hansı şüuraltı səbəblərdən yarandığını da göstərirdi yazar. Yazarın avropaya meyilli olması da özünü göstərib kitabda. Əslində yazarın bu kitabı yazmağına səbəb ona təsirli bir rus obrazı yaratmadığı deyildiyi üçündür. Turgenyev əslində dönəmin yaşca böyük olan təbəqəsini, liberalistləri tərifləmək üçün yazdığı kitab anidən yenilikçi gənclərin, materialist, nihilizm axımının təsirindəki gənclərin önə çıxdığı roman kimi görsənir nəticədə. Kitabın iki hissəsində bu iki qarşı tərəfin çox kəskin qarşıdurmasını oxuyacaqsız. Yazarın hər şeyi kəskin, qısa və aydın formada yazması çox xoşuma gəldi. Amma nəticədə hər bir axım nəyinsə qabağında yox olmağa məhkumdur. Bu nəyinsənin nə olduğunu isə kitabı oxusaz biləcəksiz
Babalar ve Oğullar
Babalar ve OğullarIvan Turgenyev · Türkiye İş Bankası Kültür Yayınları · 202144,6bin okunma
·
494 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.