Puan vermedi·208 syf.····Okunma: 27 Şubat 2023 09:11 BU İL OXUDUĞUM ƏN YAXŞI KİTABLARDAN
İzanın şarkısı kitabıyla tanış olmuşdum Szabo yaradıcılığı ilə. Müzakirə qrupunda hamının bəyəndiyi yeganə kitab olmuşdu, uzun müddət yaddaşlarımızdan silinməmişdi.
Macarıstanda Katalin küçəsində yaşayan 3 ailənin müharibə dövrü və sonrasında başına gələnlərdən bəhs edən qısa, ancaq oxuyanda 800 səhifəlik kitab təsiri bağışlayan kitabdır. 1 səhifədə nifrət etdirən bir obrazın o biri kitabda düşündürməyi bacardığı, çox incə bir dili olan kitabdır. Cəmi 2 kitabı ilə özünü ən sevdiyim yazarlardan biri etməyi bacardı Szabo.
Əslində Azərbaycan mədəniyyətinin çox yad olduğu rəngli Macar mədəniyyəti ilə tanış olmağa şövq etdi kitab.
Uzun-uzun çox cümlələr yaza bilərəm, ancaq tək istəyim bu kitabın olduğundan çox dəyər görməsi və çox oxunmağıdır.