Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

208 syf.
8/10 puan verdi
·
4 günde okudu
1920-ci illər Azərbaycanına səyahət
İsmayıl Şıxlının oxuduğum ikinci əsəri. Bu əsərdə
Dəli Kür
Dəli Kür
ilə çox oxşar motivlər(?) var idi. Hər iki əsər də bəhs edildiyi dövrün zehniyəti, mədəniyyəti, düşüncə tərzi, hakimiyyəti haqqında fikir sahibi olmağa imkan verir. Əsərdə xalqın maariflənməsi və ən əsas olaraq da ordu yaradılması məsələsinə yer verilmişdi. İsmayıl Şıxlının istifadə etdiyi geniş lüğət, dilin imkanlarından ustalıqla istifadə etməsi əsəri oxuyarkən mənə böyük zövq vermişdi. Əsərdə məni ən çox təəccübləndirən şərin belə soyuqqanlılıqla qarşılanması idi. Xeyir və şərin bir-birini izləməsini, demək olar ki, bütün əsər boyu müşahidə etdim. İsmayıl Şıxlının əsərlərində mənim üçün unudulmaz obrazlar olur. Bu əsərdə Ömər koxa vüqarın, müdrikliyin və qürurun, Güllü isə dözümün, soyuqqanlılığın və əsl Azərbaycan qadının simvoluna çevrildi.
Ölən Dünyam
Ölən Dünyamİsmail Şıhlı · Qanun Nəşriyyatı · 2011230 okunma
·
67 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.