Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

420 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
İran əsilli yazıçı, psixoloq və sosioloq, Pərinuş Sənii ölkədə baş verən İslam inqilabından sonra hökümət əleyhinə yazdığı tənqidi məqalə və əsərləri ilə ölkə içində habelə onun xaricində tanınmağa müvəffəq olan fəallardan biri hesab edilir. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man) avtobioqrafik romanıdır. Əsər 2013-cu ildə Sara Xəlili tərəfindən ingilis dilinə "The book of fate" adı ilə tərcümə edilmişdir. 26 Dilə tərcümə olunan əsər həmçinin "World Literature Today" tərəfindən 2013 -cü ildə "ilin ən dəyərli 75 tərcüməsi" siyahısında yer almışdır. Əsərin italyan dilinə olan tərcüməsi 2010-cu ildə məşhur "Covanni Bokkaçço" mükafatına layiq görulmuşdur. Kitab 2 dəfə İranda qadağan olunub. Mənim payım - "Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb." Bəli,Məsumənin də dediyi kimi deyəsən onun həyatda heç vaxt öz payı olmadı. O öz payından ya imtina etməli oldu, ya da öz payını gah atasına,gah ərinə gah da uşaqlarına qurban verdi. Qadın olmaq çətindir. Amma bəzi yerlər var ki,daha çətindir. Çünki burada əks cinsdən əlavə öz həmcinslərinlə belə mübarizə aparmalı olursan. Öz anası ilə mübarizə aparmalı olan Məsumə kimi..Necə deyərlər qadının düşməni də elə qadındır. Qadın olmaq bəzən nələrisə özündən fəda etməkdir. Məsumə kimi.. Məsumə zəhmətkeş,fədakar və güclü qadın idi. Məsumə həm də yaxşı ana idi. Demək olar ki Məsumə uşaqlarını tək böyütdü. Hətta deyərdim ki,Həmid onlara zülüm, əziyyət,qaranlıq bir keçmişdən başqa heç nə qoymadı. Əsər 16 yaşlı Məsumənin həyatından bəhs edir. Məsumə Qum şəhərindən anadan olur,sonra ailəsi ilə Tehrana gəlir. Burada qardaşlarının qarşı çıxmasına baxmayaq təhsil almaq istəyir. Tehranda təhsil almağa başlayır və elə hər şey burada başlayır. Məsumə aşiq olur ama bu eşq onun üçün heç də xoşbəxtlik gətirmir. Qardaşları bundan xəbər tutur və buna qarşı çıxır. Məsumə 16 yaşında heç üzünə belə görmədiyi bir adama ( Həmidə) ərə verilir.Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür. Bununla da o balaca qızın həyatı tam başqa bir şəklə düşür...
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,532 okunma
·
283 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.