Gönderi

ŞÜBHƏ
Arxamca kölgəm yox, Mənimlə qol-boyun olub gecələr. Yanıma gələndə əyri görünür Gözümə düz yollar, Sərrast küçələr. Gözümdə bir ayrı quyu qaralır, Şübhəm gizlənmişdir həmin quyuda. Huşumu başımdan o elə alır, Şübhəylə içirəm təmiz suyu da. Gecələr fikrimin quraqlığında Nədənsə, Nədənsə, şübhəm göyərir. Gündüzlər fikrimin yaşıllığında Nədənsə, nədənsə Şübhəm quruyur. Bu səfər Şübhəmdən mən çox razıyam, Bir sevgi kəşf edib şübhəm mənimçin.. Bu səfər Şübhəmdən çox narazıyam, Şübhədən sarsılıb. Tükənib gücüm. Sanki kainatı təzə görürəm, Tək-tək ulduzlara qəlpələnmişəm. Mən bəşər olandan, Bəşər olandan Allahın özündən şübhələnmişəm.
Sayfa 175
·
237 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.