Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Söhrab Tahir

8.0/10
1 Kişi
3
Okunma
4
Beğeni
741
Görüntülenme

Hakkında

Unvan:
Şair

Okurlar

4 okur beğendi.
3 okur okudu.
3 okur okuyacak.
1 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
ŞÜBHƏ
Arxamca kölgəm yox, Mənimlə qol-boyun olub gecələr. Yanıma gələndə əyri görünür Gözümə düz yollar, Sərrast küçələr. Gözümdə bir ayrı quyu qaralır, Şübhəm gizlənmişdir həmin quyuda. Huşumu başımdan o elə alır,
Sayfa 175
Ürək
Səni bəzən mən zorladım, Qan uddurdum, qan qusdurdum, Oxuduğun yerdə səni mən susdurdum. Mən gürz etdim döyüşlərdə Səni, ürək Yastıladıb kitab etdim. Döydüm səni qılınc etdim, Alov çəkən hisslərimə Seni nazlı balınc etdim. Mən ağlımı səndən aldım, Mən eşqimi səndən aldım. Mən gücümü səndən aldım Sənə heç nə qaytarmadım. Mən öləndə səni, ürək, Bir parafin şüşəsində Saxlasınlar... Hər gün səni yoxlasınlar. Mən bilirəm, mənsiz qalıb Sən həyatdan bezəcəksən. Onda məni sən axtarıb Gəzəcəksən...
Sayfa 115
Reklam
“Mən od oğlu azəriyəm”
Mən od oğlu azəriyəm! Azərbaycan övladıyam! Yarasından qan süzülən, Arzusundan alov qopan Bir torpağın Öz oduyam, öz adıyam. Məni anam döyüşlərin qucağında, Alov çəkən bir ölkənin Torpağında doğub dünən, Sifətimə su çiləyib lil Arazdan, Beşiyimə baş əyərək Deyib qorun hər şaxtadan, Hər ayazdan. Anam mənə qılınc verib Öz xalqımın qəzəbindən. Axıb onun göz yaşları Gilə-gilə, noğul-noğul! Deyib vuruş, deyib güləş, Basılsan da, ölsən də sən! Mən yenidən doğacağam Səni oğul!
“Qardaşım!” (1963)
Məmməd Araza Sən məni bir axşam qonaq saxladın, Yaramı yaranla yuyub bağladın. Mənim gözlərimlə bəzən ağladın Qoymadın gözlərim dola, qardaşım! Toyuna gəlmişəm, hər yan xonçadır, Boş əlim bükülmüş qanlı qonçadır. Bircə ürəyim var, parça-parçadır, O sənə çatacaq, ala, qardaşım! Ürəyim şüşədir, ürəyim həlim, Kim onu ikiyə böldü,nə bilim, Al, o çilik-çilik, o dilim-dilim, Onu bir-birinə cala, qardaşım! Dərələr keçərəm, dağlar keçərəm, Özümə alovdan paltar biçərəm, Zülməti əridib sel-sel içərəm, Qoymaram el darda qala, qardaşım! Mən Söhrab Tahirəm, nə lazım öyüd, Bircə oğlum qalır, onu sən böyüt. Gedirəm vuruşa, silahım ümid... Qalmayım qardaşdan dala, qardaşım!
Yaxşılıq
Yaxşı olma, yaxşılıqdan ötəri, Yaxşılıq et, qoy olmasın xəbəri. Ək, dünyada birə yüzdür səməri, Qızıl taxıl dənəsidir yaxşılıq, Kimə versən dönəsidir yaxşılıq. Yaxşılığa qoyulmayıb tərəzi, Yaxşılıq et, sil qəlbindən qərəzi.
"Senden seni çalmışlar. Bu ne derin bir yalnızlık..."
Söhrab Tahir
Söhrab Tahir
Reklam
"Senden seni çalmışlar. Bu ne derin bir yalnızlık..."
Söhrab Tahir
Söhrab Tahir

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok