Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

88 syf.
9/10 puan verdi
·
Beğendi
Bu kitabı oxuyarkən insan Kafkanın əlini tutub, onunla danışmaq, təsəlli etmək, gözyaşlarını silmək ya da bilmirəm üzünü güldürmək istəyir. İnsan Kafkanı bu kitabdan sonra xoşbəxt görmək üçün beynində kaşkilər canlandırır hətta onu güclü belə görürsən. Tanıyırmışsan kimi " Kafka, sən güclüsən, xoşbəxtliyə layiqsən." deyə bilməmək çox incidir insanı. Kafkanın atasına yazdığı məktublarında standart ata- oğul problemindən fərqli olaraq daha sarsıdıcı, hüzünlü, acılı bir münasibət görürük. Atasına demək istədiyi amma qorxularına görə buna cəhd etməməsi, mənəvi və psixoloji şiddət görməsi, uğursuzluqlarını və atasına oxşamadığı üçün özünün günahlandırmasını tez - tez yazdığı məktublarında görə bilərik. Atası Kafkanın öz qəlibinə salmağa, ona görə bir həyat yaşamasını istəyir. Kafkanın hisslərinin , istəklərinin, düşüncələrinin bir əhəmiyyəti yoxdur. Buna görə də onlar dəvamlı qarşıdurma halındadırlar. Hətta atasının işçilərinə pis davranmasına görə belə özünü günahkar hiss edərək  bunu telafi etməyə və işdən də qorxmağa başlayır. Yaş keçdikcə daha dəyərsiz hiss edir. Kafkanın özünü hər şeydən səbəbkar tutması, özünə güvənsizliyi, inamsızlığı heç kimlə bütünləşməməyinə yol açır.
Babaya Mektup
Babaya MektupFranz Kafka · Maviçatı Yayınları · 202040,3bin okunma
·
33 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.