İlyas Əfəndiyev - Söyüdlü arx
10/10
·224 syf.··
2023 4. kitabı
·
7 günde okudu
·
Okunma: 11 Mart 2023 21:11
İlk öncə demək istəyirəm ki, İlyas Əfəndiyev mənim ən sevdiyim yazarlardan biridir. İllər öncə "Sən həmişə mənimləsən" televiziya tamaşası ilə onu sevmişdim. Bu günlərdə isə "Söyüdlü arx" romanını oxuyub bitirdim. Qeyd etmək istəyirəm ki, "Söyüdlü arx" romanı Azərbaycan ədəbiyyatında lirik-psixoloji üslubun başlanğıcı hesab edilir. Biz romanı baş qəhrəman olan Nuriyyənin dilindən oxuyuruq. Hadisələr isə 50-ci illərdə Azərbaycanın uzaq kəndlərindən birində cərəyan edir. Nuriyyə bir mədəniyyət işçisidir və hadisələr də elə buradan - onun kəndə təyinatının verilməsi ilə başlayır. Roman, əsasən, mədəniyyət sahəsindən bəhs etsə də, bununla yanaşı biz kənd sakinlərinin təsərrüfat həyatı, iki qonşu kəndin bir-birləri ilə qarşılıqlı münasibətləri və ən əsası sakinlərin, xüsusilə də, Nuriyyənin daxili aləmini oxuyuruq. Əminəm ki, Nuriyyənin cümlələrini oxuyarkən hər bir kəs onda özündən bir əlamət tapıb və ya tapacaq.
Edebiyat
Söyüdlü Arxİlyas Efendiyev · Qanun Nəşriyyatı · 20201,308 okunma
·
246 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.