Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

352 syf.
10/10 puan verdi
Əli və Nino...
Salam 1k oxuyucuları. Bu kitabı oxumanızı sizə şiddətlə tövsiyə edirəm. Oxuyanda çox bəyənəcəyiniz və oxuyarkən kitabı necə bitirdiyinizi anlamayacaqsınız.)) Əli və Nino, ilk dəfə 1937-ci ildə Vyanada Alman dilində E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilində tərcümə edilən məhəbbət romanıdır. Bəzən insanlar kitabın müəllifi haqqında dəqqiq bir fikir söyləyə bilmir. Çünki, kitabın müəllifi olaraq "Y.V.Çəmənzəminli, Qurban Səid, Lev Nissembauma"dır kimi bir sıra fikirlər irəli sürülmüşdür. İllər sonra Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəş isə Lev Nissembaumun əslində müsəlman kimi doğulduğunu və əsl adının Məhəmməd Əsəd bəy olduğunu iddia edir. Həmçinin, Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərara əsasən əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğu təsdiq etmişdir. Çox möhtəşəm kitabdır. Biz, çox zaman filmlərin, kitabların sonlarının xoşbəxt sonluqla bitməsinə demək olar ki öyrəşmişik. Ancaq Əli və Nino da bu belə deyil. Və bəzən belə sonluqlarda olmalıdı. Çünki biz kitabı bizə nəyi isə öyrətməyi üçün oxuyuruq. Bu kitabda da hər zaman iki aşiqin qovuşmadığını bizə öyrətməyə çalışır. Özünüz kitabı oxusanız daha yaxşı olar. Dediyim kimi necə başlayıb, necə bitirdiyinizi anlamayacaqsınız belə.
Ali ve Nino
Ali ve NinoYusuf Vezir Çemenzeminli · Kaknüs Yayınları · 2005576 okunma
··
126 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.