Çində oxunması qadağan olunmuş əsər.
9/10
·210 syf.··
Beğendi
·
2023 10. kitabı
·
36 saatte okudu
·
Okunma: 10 Mart 2023 05:59
Sosializm quruluşunun inşa edildiyi dönəmin Çini və insanların məruz qaldıqları dəyişimlərin Fugui’nin dili ilə anlatılması. Fugui sosialist dönəmindən öncə zəngin bir mülkədarın tək varis oğlu olaraq dünyaya gəlir. Taleyin bir oyunu mu deyək, öz axmaqlığı ilə qumar masasında bütün varidatını itirməsi, kasıb əhalidən birinə çevrilməsi onun üçün bütün zənginlərin edam edildiyi sosializm quruluşunda həyatda qalmasının açarı olur. Lakin taleyinə bu oyunu onun üçün necə bir həyat vəd edir? Əsər mənə Sosialist dönəminə ayaq uydurmağa çalışan Çin dövlətində aparılan “reformlar” barədə məlumatlanmaq və daha geniş araşdırmaq şansını verdi. 50 milyondan çox insanın ölümü ilə nəticələnən Böyük Çin qıtlığını, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün 4 növ heyvana (sərçə, ağcaqanad, siçan və milçəklərə) qarşı aparılan köklü soyqırımı, ölkənin kütləvi şəkildə dəmir istehsalına cəlb edilməsi (bunun həm əhalinin yaşantısına göstərdiyi ağır təsirlər, həm də dəmir əridilməsi üçün odun olaraq meşələrin məhv edilməsi) kimi tragediyalar bunları reform” adlandıran Mao, Stalin kimi özlərini qurtuluş lideri adlandıranların insanların manyak fikirlərinin nəticələridir. Əmin olduğum bir şey var, heç bir siyasi fəlsəfi quruluş fikirləri (kapitalizm, sosializm və s) nəzəriyyədə şirin səslənsə də insan cəmiyyətinə uyğulananda rifah deyil, inkişaf deyil, sadəcə iqtidardakılara daha artıq güc, hırs və idarə etdikləri əhalinin həyatlarına sahib olduqlarına düşünmə algısı verir.
YaşamakYu Hua · Jaguar Kitap · 202670,4bin okunma
··
59 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.