Puan vermedi·208 syf.··
2023 12. kitabı
·
9 günde okudu
·
Okunma: 16 Mart 2023 15:25
Bu gün sizlərə çoooox bəyəndiyim bir kitab haqqında yazacam: Ray Bradbury qələmindən “Fahrenheit-451” 10/10 Kitab bir distopiya nümunəsidir. Yəni, hadisələr min illər sonrakı bir dünyada baş verir. Hansı ki, artıq evlər yanmır, yanğınsöndürənlər isə yanğın söndürmək yerinə, yanğın başladırlar, kitab olan evləri yandırırlar…Bu kitabdakı ilk özək məsələdi. Mənim fikrimcə, ikinci özək məsələ isə bütün divarı tutacaq böyüklükdə televizorların olması, insanların bu televizorları “ailə” adlandırmasıdı. Gəlin kitabın yazıldığı dövrə qısaca nəzər yetirək, 1953-cü il, Amerikada televizor və radiolar sürətlə yayılır, artıq hər evdə var və insanların həyatının önəmli bir hissəsinə çevrilir… Yazar bundan təsirlənərək, illər sonra heç kəsin kitab oxumayacağı, düşünməyən, “xoşbəxtlik” uğruna yaşayan bir cəmiyyəti, həyatı təsvir edib bizlər üçün. Həmçinin insanları cahilləşdirməyə yönəlmiş totalitar bir rejim var, insanlar sevgi, mərhəmət kimi hissləri xatırlamırlar artıq. Guy Montag, baş obrazımız da bu dünyada yaşayan bir “yanğınsöndürən”dir. Bir gün Clarisse adlı bir qızın “Mutlu musun?” deyə sual verməsiylə bütün həyatı dəyişir… İnanın, bu kitab haqqında o qədər uzun-uzun danışa bilərəm ki) Yaşatdığı hisslər bambaşqa idi mənim üçün. Ən, ən gözəl düşünülmüş şey isə məhz obrazların adlarıdı :) Montag bir kağız firmasının adıdır, Fabel isə qələm.Əgər kitabı oxumusunuz bu ayrıntını niyə bu qədər çox sevdiyimi anlamış olarsınız) Qısaca, yazar bizə deyir ki: “ Kitapları yaka bilirsiniz ama fikirleri asla” … Mənə görə bu kitab mütləq oxunması lazım olan kitablar arasındadır
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,4bin okunma
·
81 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.