7/10
·144 syf.··
2023 5. kitabı
·
26 günde okudu
·
Okunma: 22 Mart 2023 14:54
İsanların əsl qorxularından qaçaraq diqqətlərini onlar üçün mübarizə aparmağın daha asan olduğu bir şeyə yönəltməsini mükəmməl şəkildə təsvir edən bu kitab bir çox insana qaranlıq tuneldən çıxmağa kömək edə bilər. Üzləşməkdən qorxaraq intiqam duyğusunu çox zaman bədənimizə, qarnımıza yönəldirik. Həyatda hər şey - dietalar, sadəcə arıq bədənlər üçün tikilmiş geyimlər, moda jurnalları və s. insanları olduqları psixoloji vəziyyətdən qurtarmaq əvəzinə daha çətin duruma salır. Bu yolda əvvəlcə problemimizi müəyyənləşdirib, düşmənimizi - qorxumuzu tanıyıb onunla mübarizə aparmağı öyrənməliyik. Kitab bu mübarizə yolunda gözümüzü açacaq, qarnımızı hədəf olmaqdan yayındıracaq maraqlı faktlarla, statistik məlumatlarla, müxtəlif filmlərdən, kitablardan olan sıfatlarla zəngindir. Çox insanın həyatına toxuna biləcək gücə sahib bu kitab zamanımızı necə hədər etdiyimizi açıqca üzümüzə vurur. Tərcümə də olduqca gözəl olduğu üçün orijinal dildən oxuyurmuş kimi hiss etdim. Oxuduğum psixoloji-inkişaf kitabları arasında bir araşdırma kimi özünəməxsus yer tutdu.
2023 Okuma Raporları
Qarın, Sənin HekayənHilda Östbi · Qanun Nəşriyyatı · 20214 okunma
·
79 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.