Mir Cəlal deyirdi ki ,biz hamımız Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışıq .Rus ədəbiyyatında isə Dostoyevski deyib ki ,biz hamımız Qoqolun "Şinel"indən çıxmışıq .
Buna görə də "Şinel" əsərini həmişə oxumaq istəmişdim .
Bundan öncə Qoqolun " Müfəttiş " əsərini oxuyub çox sevmişdim .
"Şinel " əsərində süjet xətti çox sadədir .Bir dəftərxana məmurunun — Akaki Akakiyeviçin şineli geyilə bilinməyəcək dərəcədə köhnəlir .Akakiyeviç bundan çox qəmlənir ,çünki yeni şinel tikdirmək üçün pul lazım idi . Yeni şineli onun sakit və darıxdırıcı həyatına bir az yeni rəng qatır və yenə həmin şinel onun məhvinə səbəb olur .
Əslində ,Akaki Akakiyeviçin məhvinə səbəb olan mühit idi .O mühitdir ki , bir məmur maaşı ilə özünə palto belə ala bilmir . Qoqol da bunu əsərində təsvir edir .
Əsərin sonu fantastik bitir .
Son söz olaraq Vladimir Nobokovun əsərlə bağlı təhlili verilmişdir ki , əsəri oxuyub bitirdikdən sonra onun ideyasını müəyyənləşdirməyə kömək edir .
Xoş mütaliələr !