·400 syf.··Beğendi
···Okunma: 24 Mart 2023 00:00 Bu kitab haqda çox şey yaza bilərəm,sujet xətti ilə əlaqələndirib.Amma bunu etməyəcəm. Lakin kitabı oxuduğum zaman kəsiyi həyatımda elə bir götür-qoylu ruh halıma təsadüf etdi ki, ciddiyə almadığım bir çox şeydə haqsız,sonda isə haqlı olduğumu mənə dərk etdirdi. Bu cümlələri burda qeydiyyat apardığım hər şey kimi öncəliklə özümün kitaba dair müəyyən zaman sonra qayıtdıqda xatirəmdə kitabın necə olmasını deyil,məndə tutduğu yeri canlandırması üçün yazıram. Bu qədər sentimental yanaşmağımın səbəbi isə kitabın bu günə kimi oxuduqlarımın hamısının öncüsü halına gəlməsidir. Bəlkə tamam fərqli fəsildə,həyatımın tamam fərqli çağında oxusam tamammm fərqli təəssüratlar bəxş edərdi. Amma bir halda ki,indi yazmağım gərəkdir,içimi tökəcəyəm.
Martin İden...
Səndə həm özümü,həm mənə yaxın olanları gördüm.
1.Mənə "İnsan dəyişmək istərsə, dəyişər!"fikrimi qana qana təsdiqlətdin. Lakin daha düzgün üslubu ilə:İnsanın fitrətində dəyişməyə-dəyişməkdən qəsdim təkmilləşməyə, həqiqətləri dərk etməyə meyl varsa,o gec tez buna başlar. Başladıcı qüvvənin nə və ya kim olmasından asılı olmayaraq,müəyyən müddət sonra bu dəyişimin daxili aləmdən gəldiyini görən kəs həmin qüvvəni ilahiləşdirir. Lakin İnsan özünü bu dəyişimlə tamamlayıb tapdıqdan sonra məsələnin öz daxilində olduğunu,o qüvvəni ya itirdikdən ya da təsirini itirdikdən sonra anlayır.
2. Məqsəd nisbidir,hər şeyin nisbi olduğu kimi. Əsl məğz o məqsədə gedən yol,bu yolda inam,əl çəkməmək və başdan sona səni anlamasalar belə yanında olanlardır. Gerisi xürafatdır. Həqiqətə gələndə isə Nietzsche'nin fikirləri deyirəm və daha bir şey demirəm.
3. Nə ,necə,kimlə və ya kimsiz..fərq etmədən içinizdən tutduğunuz yola inanmaqdan əl çəkməyin,inanmaqdan əl çəkməsəniz ,yoldan da çəkməyəcəksiniz.
Çox sağ ol ,Martin.