Gönderi

Fatihə surəsi
Müqəddəs bir hədisdə Allah-Təalanın “Mən namazı (Fatihəni) özümlə qulum arasında yarı-yarıya bölüb paylaşdım və bəndəm nə istəsə onu alacaq” deyilir və belə də davam edilir: "Aləmlərin Rəbbinə həmd olsun." dedikdə Allah buyurur: "Qulum mənə həmd etdi". “Rəhman və Rəhim” dedikdə, Allah: “Bəndəm məni tərif etdi” deyir. “Cəza və mükafat gününün yeganə sahibi” deyəndə, “Qulum ucalığımı qəbul etdi” deyir. “Biz ancaq Sənə ibadət edirik və yalnızca Səndən kömək diləyirik” dedikdə, “Bu, mənimlə qulum arasında olan hissədir və qulumun istədiyi olacaqdır” deyir. “Bizi düz yola yönəlt, nemət verdiyin kəslərin yoluna; nə qəzəbə düçar olmuşların yoluna, nə də birbaşa azmışların yoluna!” dedikdə Allah buyurur: “Bu ancaq mənim quluma aiddir və quluma istədiyi şey veriləcəkdir”.
··
154 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.