Puan vermedi·74 syf.····Okunma: 13 Ocak 2024 13:39 Sevdiyim çox kitab var amma bu kitabın yeri məndə başqadır.. Məni ən çox təsirləndirən əsərlərdən biridir. Cəmiyyət problemlərinə toxunmaqdan əlavə, Kafka atası ilə olan problemlərini, Gregor Samsa’nın atası ilə olan münasibətinin timsalında bizə çatdırır. Əsəri sadəcə oxumaq deyil, hiss etmək üçün sətiraltı mənalara diqqət etmək gərəklidir. Hər zaman sevərək tövsiyə etdiyim kitablardandır.