Gönderi

Puan vermedi·176 syf.··
2023 22. kitabı
"Adam öz həyatını qadını atan kimi ata bilmir, insan öz həyatını axıracan yaşamalıdır. Həyat yükünü axıracan daşımalıdır..." Salam dostlar. Ümid edirəm ki, bayram tətiliniz ürəyinizcə keçdi. Şəki şəhərindən Zaqatalaya qədər uzanan bayram səfərimiz Şamaxıda Alpaça fermasında tamamlandı. Sabah Yeni yaz fəslinin ilk iş günündə hamınıza bol enerji arzu edirəm. Azərbaycanın xalq yazıçısı Anarın qələmindən oxuduğum "Ağ Liman" kitabı, mənə elə də güclü təsir bağışlamadı. "Təhminə və Zaur"u oxumasaydım bəlkə də, maraqlı gələrdi. Əslində "Ağ Liman" əsəri "Təhminə" əsərinin başlanğıcı kimi qəbul edilib cəmiyyət arasında. Kitabda evli qadın Təhminənin ərindən görmədiyi və eyni zamanda özünün də ərinə vermədiyi sevgini iş yoldaşı ilə "yaşaması" normal bir hal kimi göstərilir. Günümüzdə də belə ailələr az deyil təəssüf ki. Nemətin isə qonaq olduğu evdə evin xanımına aşiq olması, əri ölən kimi onu evinin xanımı və iki balasını da öz övladı kimi qəbul etməsi tamam başqa bir arzunun reallaşması kimi göstərilir. Yuxu ilə başlayıb, yuxu ilə bitən əsəri boş vaxtınızda tanışlıq üçün oxuya bilərsiniz. Amma belə gözləntiniz yüksək olmasın.
Ağ LimanAnar Rızayev · Qanun Nəşriyyatı · 0431 okunma
·
436 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.