Gönderi

10/10
·400 syf.··
Beğendi
·
2023 27. kitabı
·
20 günde okudu
·
Okunma: 27 Mart 2023 20:56
Mövzusu bütün bəşəriyyətin ən əsas problemlərindən olan uşaq istismarı və qadın azadlığıdır. Bir-iki ölkə uzaqda olan  Liviyada baş verən hadisələrdən və b. bəhs edən kitabı oxuduqca anladım ki, dünya həqiqətən zalım insanlarla doludur və necə deyərlər toxun acdan xəbəri yoxdu.. Ən çox acı verən şey günümüzdə uşaqlara və qadınlara edilən istismarın sayının get-gedə artması cəzası isə sadəcə 5-10 illik həbs cəzası.. Hansı ki,bu hərəkət təkcə qadına və ya uşağa deyil bütün insanlığa edilmiş zülmdür. Kitabda iki gözəl qızın əzab dolu keçən həyatından və onların həyatına möcüzə olan Behzatdan bəhs olunur. Əsas obraz olan Efraz uşaq istismarının qurbanı və qadın azadlığının mübariz qəhrəmanıdır. Oxuduqca düşündüm ki, kaşki bütün uşaqların Behzat kimi valideyni olsa♡. O zaman dünyada zalımlıqdan əsər-əlamət qalmazdı.. Çünki sevgisiz və qayğısız böyüyən uşaqlar zalım bir varlığa çevrilirlər. 'Dünyaya verilmiş en böyük ceza,sevgisiz büyüyen çocuklardı'.. Nədənsə insanlığın müharibələr, aclıq səfalət nəticəsində sarsıdılmaz yaralar aldığını düşünürəm. Buna görə də artıq düzələcəyini düşünmürəm. Sonda isə Efrazın haklı üsyanın əlavə edim: Bu dünyada bir dilek hakkım varsa, insanlığın bir daha gelmemesini dilerim. Zira hayvanların cennetini kirletiyorsunuz... Bütün qızlar oxusun özlərini zalımlardan qoruma gücünü tapmaq üçün♡
İnsan ve Toplum
Ortadoğu’da Bir Çocuk - KefenŞehnaz Haşimoğlu · Lapis Kitap · 20221,312 okunma
·
45 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.