Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Ayşen də razılaşmışdı mənimlə, fəqət söhbət uzana-uzana gəlib ümumilikdə ailələrin dağılma səbəblərinə çıxmışdı: necə olur ki, illərlə bir-birini sevən, bir-birinin dərdindən ölən iki gəncin ailə qurduqdan sonra sevgiləri o qədər mənasızlaşır ki, hətta ayrılmaq qərarına kimi gəlir çıxır? Yoxsa vüsal sevgini soyudur, öldürür? Elə isə, bəs necə olsun, belə çıxır ki, sevənlər heç vaxt qovuşmasın? Mən ortaya yeni bir fikir atmışdım, iddia edirdim ki, problemin darin psixoloji səbəbi var və bir əsaslı nöqtəyə diqqət etməklə sevgini vüsalda da qoruyub saxlamaq olar. "Sevgi əlçatmazlarda yaşayır!" Bunu men deyirdim ki, hünər - vüsalda belə, hicrani yaşatmağı bacarmaqdır! Ailə həyatı insanın bütünlüklə əlçatan olmasına səbəb olmamalıdır, kişi də, qadın da ailə həyatı qurduqdan sonra belə, haradasa bir yerdə, iki yerdə, üç yerdə əlçatmazlığını qoruyub saxlamalı, onun deyil, özünün olmalıdır! Bütün pərdələri yırtmaq olmaz, bu, çox təhlükəlidir! Qadın ya kişi... əsas da qadın elə ki, özünü elə bal ayındaca bütünlüklə ortaya qoydu, məsələ həll olundu, onun əlçatmazlıq zirvəsi fəth olunmuşdur; etiraf etmək cəsarət tələb etsə də, etiraf edirdim ki, ümumilikdə kişi psixologiyası belədir: "Indi ki, mənimsən, neynirəm səni?" Qadın bu məsələyə diqqət etməlidir, onun ovçu tǝrəfindən şikar olunmuş cismi ovçunun əllərində olsa da, ruhu bütünlüklə ona təslim olmamalıdır. Yoxsa ovçunun onu soyuducuya qoyub, yeni bir ov sorağına çıxması qaçılmazdır!
·
208 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.