6/10
·480 syf.··
2023 10. kitabı
·
7 günde okudu
·
Okunma: 29 Mart 2023 17:13
Beyza Alkoçun oxuduğum 2-ci kitabıdı. Birinci oxuduğum kitab Karantina idi və onu daha çox sevmişdim deyə bilərəm. Amma bu da yaxşıdır. Belə ki, burada mənim diqqətimi çəkən ən önəmli məsələ məşhurların həyatlarının çətinliyi oldu daha çox. Əslində bunu zatən bilirəm, "star" dünyasını izləyən hər kəs bunu yaxşı bilir. Bu kitabda bu gözəl yansıdılıb məncə. "İç səs". Bunun yalnız məndə olduğun düşünürdüm) Bu kitaba maraq qatıb. Əvvəla kitabda Mine ile Efenin bir birinə qarşı hissləri çox tez bir zamanda yarandı, hər şey çox tez oldu, tanışdıqlarından 2-3 gün sonra bir-birlərinə trip atırdılar. Kitabda bir neçə məntiqsizlik sezdim. Bunları bölüşmək istəyirəm. İlk olaraq Efenin Amerikadan gələn kimi konsert keçirməsi zamanı Mineye göndərdiyi konsert bileti, Minenim de durub ora getməsi falan.Yəni Efenin gəlməsi filan konsert keçirəcəksə camaat bunu neçə ay öncəsindən duyurur, okay birdən-birə belə bir qərara gələ bilərsən amma daha bir gün əvvəl durub demirlər konsertdi. Biraz nəsə uyğunsuzluq var, özünüz oxusaz, ya da oxuyan varsa hiss edər. Bundan sonra, Ecenin anası adıyla qapıya biri gəlir, kim olduğun sorğulamırlar heç, necə o dəqiqə inana bilirlər? Bu lap məntiqsiz idi. Əlavə olaraq Mine YKK adını dəyişdirib Mine edir, Efe ilə bir birlərin takip edirlər. Sonra bunlar konsertdə görüntülənəndə bütün hamı başlayır ki, bu qız kimdi. Yəni necə ola bilər ki, Efenin fanları magazin izləyənlər heç görmürlər ki, bu YKK adın dəyişdirib Mine qoyub, Efe ilə takipləşirlər. Ümumumiyyətlə bu necə uyğunsuzluqduƏgər oxuyanlar varsa fikirlərin bildirərlər. Kitabın sonuna doğru canım sıxılırdı. Doğukan barəsində bir iki cümlə deyildi, düşünmüşdüm ki, hekayədə ona da yer ayrılar. Bəlkə də "Daire-7"-də ona da yer verilib, hələ oxumamışam. Hekayənin davamı necə olacaq , merak edirəm. Bəlkə də belə kitablar tipim deyil bilmirəm, amma burda Efe və Minenin ilişkisi real həyatdakı kimi deyil mənə, çox fəlsəfi danışırlarÜmumiyyətlə əsl türk serialı ssenarisidir. Bir sözlə kitab oxunaqlıdır, qalın olmasına baxmayaraq tez oxuyub bitirirsən, dili də çox sadədir.
1000Kitap
No: 26Beyza Alkoç · İndigo Kitap · 202111,6bin okunma
·
1 +1'leme
·
293 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.