Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
10/10 puan verdi
·
Beğendi
"Aşağılık insan oğlu hər şeye alışır"- Dostoyevski
Sovet Hakimiyyətindən xilas olan bir ölkə düşünün. Və bir xalq düşünün ki, böyük hissəsi heç bur sorğulama aparmadan "yuxarıdan" deyilənləri qəbul edib əməl edir. Tanış gəldimi? Anlamadan sorğulamadan deyilən hər bir söz qəbul edilir Niyə? Çünki anlamaq və sorğulamaq enerji tələb edir amma əksi daha asandır. Həmin ölkədə belə bir vəziyyət yaradan Çığırğan və köpəklər isə televiziyada göstərilən mükəmməl statistik göstəricilər, çox maarifləndirici komediya verilişləri və din və s. oldu. Bu statistikalar xalq üçün anlaşılmaz rəqəm yığınından başqa bi şey deyildi hətta anlasalar belə heç bir önəmi yox idi Çünki bu statistikalarda heç vaxt iş saatlarınln artırılması, işsizlik səviyyəsi, rifah səviyyəsi kimi statistikalar göstərilmədi və unuduldu. Bütün heyvanlar bərabərdir amma bəziləri daha çox bərabərdir çünki fermaya edilən maddi və mənəvi ziyana qarşı susub öz tövlələrində eləcə izləyirlər. Sovet dövrü ilə müqayisədə "azad" ölkə olmaları əllərindəki tək təsəlli olaraq qalır və hər zaman hazırkı vəziyyəti keçmişlə müqayisə etmələri və inkişaf etdiklərini düşünmələri hal hazırda dünyayla müqayisədə nə qədər inkişafdan geri qaldığını görməyə qoymurdu. Daimi utopik həvəslərlə müxtəlif məqsədi bilinməyən mitinqlər keçirdikdən sonra artıq yoruldular. Həmçinin burda həmişə günahı üstünə ata bildikləri bir Snoubol var. Təhsil sistemində problem var günah Snouboldadır, savaş oldu günah Snouboldadır, nəfəs daralır günah Snouboldadır. Həqiqətən günah Snouboldadırmı?...... Burda ən böyük qəbahət Clover'lər Bokser'lər Benjamin və Muriel'lərdə idi. Çünki həqiqətin fərqində olsalar da artıq həyatı olduğu kimi qəbullanıb alın yazısına buraxmışdılar və öz həyatlarını belə dəyişməyə cəhd etmirdilər. Zatən nə etsələr də kütləni dəyişə bilməzdilər. Göylərdən gələn bi qərar idi ki Napaleon kimilər rahatlıqla ölkəni talan edə bilərlər. Nə yaxşı ki kiçik bir kütlə də olsa hələ də nitqi tutulmayanlar var idi. Bütün baş verənlərin fərqində olan, lakin səssizliklərini içlərindəki sevgidə qorumağa çalışanlar idi onlar. Kitabın yazılmasından 75 il keçsə də hələ də aktuallığını saxlayır. Oxumağı məsləhət görürəm Alleqorik əsər olduğu üçün Hər bir insan özü müxtəlifbənzətmələr edib, nəticələr çıxarır. Xoş mütaliələr...
Heyvanıstan
HeyvanıstanGeorge Orwell · Qanun Nəşriyyatı · 2018247,4bin okunma
·
60 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.