Gönderi

400 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 41 days
"Elə dayanırsan, elə baxırsan, elə bil qarşında quru bir daşam. İpək saçlarını öpüb oxşayan elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, mən tanış edərdim nə vaxtsa bir-bir. İndi özgələri yad ehtiramla deyirlər tanış ol... Nə qəribədir? Yuxuda görərdin nə vaxtsa hər dəm, yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim... bu, yadındadır, gedərdik... yolumuz, arzumuz şərik. Qolum qollarının lap yanındadır, toxunsa, biz indi üzr istəyərik. Hayanda oldumsa səhər, ya axşam, aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, hayanda durum ki, görəsən məni?" 2022-ci il mənim üçün əvəzedilməz il oldu. Bir çox çətinlikdən, uğursuzluqdan sonra nəhayət ki arzusunda olduğum ixtisasa- Milli Aviasiya Akademiyasının hüquqşünaslıq ixtisasına qəbul oldum. Hələ birinci kurs olmağıma baxmayaraq, bu bir ildə yüksək tədrislə yanaşı mükəmməl insanlarla da tanış oldum. Onlardan biri də akademiyamızın dəyərli müəllimi, professor Nəriman Həsənzadə idi. Nəriman müəllimin ilk dərsində olana qədər onun barəsində nəsə eşitməmişdim (düşünürəm ki, bunun əsas səbəblərindən biri ədəbiyyat dərsliklərimizin müəlliflərinin Süleyman Rüstəm, Cəfər Cabbarlı kimiləri dərsliyə salıb belə şəxsiyyətləri nəzərdən qaçırmaları olub). Lakin Nəriman müəllimin ilk dərsindən nə qədər dahi şəxsiyyət, böyük şair, vətənpərvər insan olduğu məlum idi. Elə bir insandan dərs almaq mənim üçün fəxr idi. Dərslərin birində bu kitabı Nəriman Müəllim ürək sözlərini yazaraq mənə hədiyyə etdi: "Mənim tələbəm, müasirimiz Zeynalabdin kişiyə. Kiçik hədiyyə, müəllifdən. İmza. 17.11.2022. Bakı". Nəriman Müəllim kiçik desə də o qədər dəyərli hədiyyə idi ki. Çoxlarının həsrətlə görmək istədiyi şair mənə imzalı kitabını hədiyyə edirdi. Klassik ədəbiyyatımızın yaşayan dahisi Nəriman Həsənzadənin şeirləri, inanıram ki, şeir sevən hər kəsin xoşuna gələcək. Mən əsərdən bacardığım qədər alıntı paylaşdım, amma hələ böyük hissəsi qaldı. Sonda 92 yaşlı qocaman şairə fəaliyyətində uğurlar arzu edir, dəyərli hədiyyəsi üçün bir daha təşəkkür edirəm.
Dostlar Gözləyir Məni
Dostlar Gözləyir MəniNəriman Həsənzadə · Kitab Klubu · 04 okunma
·
193 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.