Gönderi

384 syf.
9/10 puan verdi
·
Read in 3 days
Bir sözlə möhtəşəm bir əsər
Sona qədər həyəcanda saxlamağı və sonda məni heyrətləndirməyi bacardı. Belə bitəcəyini gözləmirdim, lakin sonluq əsəri mənim üçün daha mənalı və maraqlı etdi. Əsər uşaq yaşlarında ailə üzvləri tərəfindən tədricən tərk edilən Kya adlı bir qızın həyatda qalma hekayəsi və sonrakı macəralarını əhatə edir. Şəhərdən kənarda bataqlıq bir ərazidə yalnız yaşayan Kyanın təbiət və heyvanlarla qurduğu bağ, eyni zamanda insanlarla interaksiyası çox maraqlı və qeyri-adidir. Sevgilisi Chase’in ölməsi ilə qəsəbə sakinləri tərəfindən heç də sevilməyən və marjinallaşdırılan Kya şübhələrin əsas obyekti halına gəlir. Əsər bundan sonra onun məhkəmə prosesi ilə daha da həyəcan qazanır və kulminasiya nöqtəsinə çatır. Əsərdəki təbiət təsvirləri və nüanslar, quşlar və digər canlılar haqqında verilən məlumatlar möhtəşəmdir. Oradakı ab-havanı iliklərinizə qədər hiss edirsiniz. Təsadüfi deyil ki, yazar Delia Ouens zoologiya sahəsi üzrə ixtisaslaşıb və uzun müddət Zambiada oxşar bir ərazidə araşdırmalar aparıb. Digər bir məsələ isə Ouensin oxşar cinayətlər üzrə həqiqətən də sorğuya çəkilməsidir ki, bu da bəzi oxucuları Ouensin əslində Kya obrazı altında özü haqqında yazdığını düşünməyə vadar edir. Ümid edirəm ki, haqqında olan bu şübhələr doğru deyildir. Hər bir halda əsəri oxuyarkən çox zövq aldım və maraqlı bir xəyali səyahət üçün hər kəsə məsləhət görərdim.
Where the Crawdads Sing
Where the Crawdads SingDelia Owens · G.P. Putnam's Sons · 20186 okunma
·
57 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.