Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

270 syf.
·
Puan vermedi
Elatlının digər kitabları kimi bir nəfəsdə oxuyub bitirdim. Sadəcə digərlərindən daha çox şişirdilmiş hadisələr vardı. Ayçöhrəni bu qədər sevib, aşiq olan Ələmdar nə üçün sonralar Vaşaqla ona xəyanət edir? Təbii ki bunun kişilərin xisləti olduğunu yazıçı bəzi məqamlarda üstü örtülü göstərsə də yenə də güvənsizlik yaşayan gənclik əsərdə xəyal qırıqlığı yaşayır. Bəzi obrazlar isə daha çox şişirdilmişdi. Hər kitabda olduğu kimi bu kitabda da ehtiras dolu məsələlər daha çox qabardılmışdı. Niyə axi?) Oxucular artıq bilir ki Elxan Elatlı nə cür qızları cazibədar bilir)) ( qıvrımsaç, mütənasib bədən quruluşu, arıq yox nisbətən kilolu) Əsərdə anlaşılmayan bir yer isə Cəlal Ələmdar idisə nə üçün lap əvvəldən Bədrəddinin kim olduğu yadına düşmədi? Yenə də əsər maraqlı idi.
Arxalı Canavar
Arxalı CanavarElxan Elatlı · Elgün Yayınları · 2011643 okunma
·
283 görüntüleme
Nugcoebi okurunun profil resmi
Xahiş edirəm hansı əsərində Vaşaqla Ayçöhrəyə xəyanət etdiyini deyə bilərsiniz? Həmin əsəri oxuyub bitirsəm, bir məqamda rahatlayardım...
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.