Gönderi

332 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 16 days
Salam, 1k sakinləri:) Dedektiv əsərlər oxumaq məntiqi gücləndirir deyirlər. Elxan bəyin əsərlərində ən çox sevdiyim obraz palkovnik Qanbay Qasımlıdır. Yüksək qabiliyyəti, qeyri-adi düşünmə qabiliyyəti, iti yaddaşı, dəqiqliyi, ciddi xarakteri ilə oxuyucularının hörmətini, sevgisini qazanmış xəfiyyənin sirrini aça bilmədiyi cinayət yoxdur. Cinayətkarla eyni anda cinayət yerində olduğunu düşünürəm bəzən. Bu kitabda da gözlənilməz sonluğu məhz onun izahından oxumaq məni təəccübləndirmədi. Kitabın sujet xəttində xəyanət, ailə-məişət zəminində baş vermiş hadisələr, ictimai qınaq əsas hissəni təşkil edir. Nədir ictimai qınaq? "O nə deyər? Bu nə düşünər? Namus, qeyrət.." və daha nələr, nələr.. Atalarımız doğru deyib; "El ağzı torba deyil ki, büzəsən." Bəli, el ağzını büzə bilmirik, ancaq rahatlıqla insan həyatlarını qazılmamış məzarlarda dəfn edirik. Niyə? Nə üçün? Axı, bizi niyə bu qədər narahat edir el-aləm? Kitabı oxuyarkən çox sarsıldım. Bir qadın, həyat yoldaşı, qardaşı, atası, qonşuları, həmcinsi olan qadınlar tərəfindən belə qınanır, göz ardı edilir. Dəfələrlə səsini eşitdirməyə çalışsa da, əhəmiyyət verilmir. Sonda nə olur? Ona aid olmayan həyatı əlindən onun iradəsinin əksinə alınır. Sevgi! Düşündürdü...Çox sevdiyi adam ona sahib çıxmırsa, kimdən nə gözləsin? Nə üçün axı qadın bədəl ödəməlidir? Belə bir söz var; "Sevmirsən? Boşan!" Ancaq buna belə özü qərar verə bilmirsə, bu həyatı yaşamağının mənası varmı? Hərhalda buna yenə o özü qərar verməlidir. Bu dünyaya bir dəfə gəlir insan. Təəssüf ki, yaşadığı həyatı belə seçə bilmir, qərarlarında azad ola bilmir.(Təbii ki, hər kəsə aid deyil) Cahid, kaş ki...Məni çox düşündürtdün. Könül verib könül aldığın bir qadın haqqında düşündüklərin, heç bir kişinin sevgiyə layiq olmadığını düşünməmə səbəb oldu. Ya da ən az bəzilərinin. Nihal necə deyirdi?; "İnsanlar iki yerə bölünür: Haqqında danışılanlar, kiminsə haqqında danışanlar." Birincilərə aid olanlar ikincilərin qurbanı olurmuş... Daha dərin məqamlara toxunardım, təəssüf ki, yazdıqlarım da ictimai qınaq yaradar. Buna isə heç istəyim yoxdur. Oxuduğuma peşman olmadığım kitablardan olacaqsan..
Uğursuz Gecə
Uğursuz GecəElxan Elatlı · Teas Press · 0243 okunma
·
701 views
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.