·48 syf.····Okunma: 01 Nisan 2023 16:47 Yenə insanların hisslərinin və daxili dünyalarının ustalıqla təsvir edildiyi bir Stefan Zweig əsəri. Amma açıqcası, yazıçının digər əsərlərinə nisbətən zəif qaldığını düşünürəm. Sadəcə Madame de Prie’nin keçirdiyi sarsıntı və yalnızlıq çox gözəl təsvir edilmişti. Ümumilikdə isə süjet xətti mənasız gəldi. Çıxarılan nəticə isə insanın yalnız özü üçün yaşamasının vacib olmasıdır. Digər insanlar üçün edilən hər bir şey, şöhrət istəyi, insanları həyəcanlandırmaq üçün atılan hər bir addım unudulacaq, geriyə qalan insanın özü üçün etdiyi
addımların nəticəsi olacaq.