Süleyman peyğəmbərin məbədindən çıxan, yəhudilərin müqəddəs əmanəti olan 7 qollu şamdanın 455-ci ildə Romanı yağmalayan vandalların əlinə keçməsi , yəhudilər üçün böyük bir bədbəxtlikdir. Yaşlılar,olanların şahidi olaraq onu gələcək nəsillərə ötürsün deyə 7 yaşında olan Benjamin adlı bir uşağı da yanlarında aparıb müqəddəs şamdanın əllərindən yox olmasını izləməyə gedir,şamdanı bir növ yola salırlar. Aralarında cəsur davranıb,şamdanı arabadan almaq istəyən Benjamin bir qolunu itirir. 80 il sonra Benjaminə şamdanı geri qaytarmaq üçün imperator İustinlə görüşməyi tapşırırlar. Lakin imperator onu ələ salaraq rədd edər bu istəyi. Benjamini kəndində olan insanlar da önəmli sayıb onun yolunu səbirsizliklə gözləyərlər. Əliboş gəldiyini gördükdə isə ona qarşı münasibətləri dəyişər. Benjamin bu davranışdan çox üzülər və hətta özünə ölüm arzulayar. Amma onun tanış olduğu biri onun və şamdanın taleyini tamamilə dəyişər. Şamdanın yerini indi yalnız tanrı və Benjamin bilir.
Maraqlı,fərqli abu havası olan bir kitab idi. Zveyqin də yəhudi olduğunu nəzərə alarsaq tarix boyu yəhudilərin nələr çəkdiyini bizə çatdırmaq istəyib.Zveyqi hər kitabda fərqli kəşf etmək möhtəşəm bir hissdir. Oxumağa dəyər bir kitab idi. Xoş mütaliələr... Kitabla qalın