Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

392 syf.
·
Puan vermedi
·
13 günde okudu
Bu qədər bacarıqsız təcrubəsiz birini belə qanunsuz işlərlə yuksək vəzifəyə qoymaq nə dərəcədə düzgün ola bilər. Əsəri ilk oxuyanda elə zənn edirdim ki Rəfizadə Mehrəlini sırf mütəxəssis və yaxsi,mərhəmətli biri kimi yetisdirib sonra vəzifəyə qoyacaq. Lakin bu hadisələr o qədər tez cərəyan etdi ki dusundukdən sonra gördüm ki bu qədər az muddətə 35 yasina çatmış Mehrəlinin mənəviyyatinda o dərəcədə də dəyişiklik etmək qeyri real bir şeydir.Eləcə də inkişafında.Əsərin ortasinda durub düşündüm ki gorəsən həqiqətən belə eksperimentlərmi aparirlar yuksək vəzifəli şəxslər?! əgər elədirsə vay bizim halimiza.. Əsərin əvvəlində Rəfizadənin sadəlövhlüyünü, Mehrəli kimi birini yuksəldib vəzifəyə qoymağıni çox rəğbətlə qarşilasam da ortalarina doğru gəldikcə bu oyunu oynadiqca necə vicdansiz ola biləcəyini gördüm . Kutləni bir yalana zamanla oyrəsə biləcəyinə hətta insanin belə oz yalanina zamanla necə alisa biləcəyini oyrənmək üçün bu eksperimenti edən Rəfizadə yaziq dostu Cahangirin dediyi cumlələri demaqoqluq deyir. Qulaq ardina vurur. Lakin sonralar onun bu eksperimenti neçə neçə insanlarin həyatina son qoyur, oz ailəsi daxil olmaqla ailələri dağıdır. Elə heç nədən Cahandirin də 10 ilini əlindən alır.
Eksperiment
Eksperiment
Sonda Mehrəlinin oz əvvəlki həyatına qayitmasi onun etdiklərinin çox az qarşılığı olsa da o dağılmış talelər geri qayitmir
Eksperiment
EksperimentElxan Elatlı · Teas Press Publishing · 2018291 okunma
·
135 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.