Gönderi

Tezlik satışda.
Tezliklə satışda. *** Şübhə nə qədər təhlükəlidirsə, güvən də bir o qədər təhlükəlidir. Düşünün. Ətrafınızda olan dostlarınızı düşünün. Neçəsi sizin üçün canından keçər? Gec olmadan düşünün. Çünki mən gecikdim. Artıq geri dönüş yolum yoxdur. Ən yaxın dostum ən böyük düşmənimə çevrildi. Mən bunun fərqinə varanda, əlimdə heç nəyim qalmamışdı... Bilmədim, o qədər heç nəyə önəm vermədən, həzz üçün yaşadım ki, dostumun nələr yaşadığını, çətində olduğunu bilə bilmədim. Bildim... Bildim, önəm vermədim... Elə buna görə də yaşadıqlarımda günahkar bəlkə də özüməm... *** Canımı belə verəcəyim dostlarım sözlərimi ciddiyə belə almadı. Uçurumun kənarındaykən məni itələyən əllər onlarınkı oldu. Bəlkə də sevinməliyəm, çünki bu içimdəki gerçək, qaranlıqda gizlənmiş yanımı tapmağıma səbəb oldu. *** Niyə Murad, niyə? Niyə mənə olan sevgini etiraf etmək üçün ölümü şahid seçtin? Bilmirdin mi sevginin ölüm qarşısında kölgədən fərqsiz olduğunu? Atam mənim, sənsə ruhumla qəlbimin cəlladı oldun... *** Elə bir peşə seçdim ki, ölümlə yoldaş oldum. Elə bir qıza sevdalandım ki, ölümlə sirdaş oldum. Elə birini tanıdım ki, onunla qardaş oldum. Amma bilmədim, sonda ölüm onunla məni səhv salacaq. *** Ayağımı vətənim aldı, namusumu qadınım, oğlumu isə vəfasız qədər. İndiysə qızımı almaq isdəyirlər... Kimisi yaşamaq, kimisi ölmək istər, ama mən heç birini istəmədim. Çünki qızını o halda görən hər bir ata nə ölərək onu tək qoymaq, nə də yaşayaraq hər gün ölmək istər.
Edebiyat
··1 alıntı·
5 +1'leme
·
5,7bin Gösterim
35 Yorum
Lütfen giriş yapınız.
Kitab haqqında onu deye bilərəm ki girişdə olan musiqi və hekayə vəhdət təşkil edir sanki yaşayırıq o anı əslində bir çoxumuzun başına belə bir hadisələr gelir deye bizi oxuduqda celb edir.nəticə olaraq uğurludur.
Nəimi
Gönderi Sahibi
bəyəndiyinizə sevindim, minnətdaram🙏
Salam, kitab maraqlı görünür. Əməyinizə sağlıq. Mən də pdf əldə etmək istəyərdim
Nəimi
Gönderi Sahibi
Salam, təşəkkürlər, əlbəttə
Salam. Xeyirli uğurlu olsun🥰🤲🏻. Mən bu kitabı gördüm və məzmununu oxudum çoox cəlb elədi Məni🌸. Pdf-i paylaşmağınıza görə çooox sağ olun Mənə də göndərə bilərsinizmi?🥰. Tezliklə oxuyacağam♥️. Kitabı oxuduqdan sonra isə fikrlərimi bu platformada bölüşəcəyəm🌸.İnşAllah kitab halında çap olunduğu zaman xəbər edərsiniz kitablığıma əlavə edərəm😊♥️.
Nəimi
Gönderi Sahibi
Diqqətiniz üçün təşəkkürlər🙏 Əlbəttə göndərərəm
Xeyirli uğurlu olsun😇mənimdə çapda olan bir kitabım var inşallah əlimə ala bilərəm:")
Nəimi
Gönderi Sahibi
Çox sağolun, sizin də kitabınız bol oxuculu olsun inşəAllah🙏🌷
Təbrik edirəm, xeyirli olsun! Bol-bol uğurlar arzulayıram!💫 Pdf-i göndərə bilərsiniz, zəhmət olmasa?
Nəimi
Gönderi Sahibi
Təşəkkürlər, minnətdaram. Əlbəttə.