Başlı başına bir bilgi xəzinəsidir Anadolu.
9/10
·400 syf.··
Beğendi
·
2023 13. kitabı
·
6 günde okudu
·
Okunma: 07 Nisan 2023 17:24
Başlı başına bir xəzinədir Anadolu torpaqları. Hər zərrəsi tarix qoxan torpaqlar. Bu artıq Ahmet Ümitin oxuduğum üçüncü kitabıdır ki, çox bəyənirəm. Hadisələrin həyəcanverici axarı, hər hekayənin ayrı bir tarixi açıdan yeni şeylər öyrədici olması sizi kitabdan ayıra bilməyəcək. Nitzsche’nin bir sözü var “Bir kitap bizi alıp diğer kitapların üzerine çıkarmıyorsa, o kitapın neresi iyidir ?!”. Ahmet Ümitin də hər kitabı yeni bir şey öyrədir mənə. Bu dəfə Anadolunun yurd edindiyi qədim insan sivilizasiyası “Hititlər”in tarixini ələ alaraq yola çıxan bir hekayə. Miladdan öncəki insanla müasir insan arasında çox mu dəyişiklik var ? Yoxsa biz sadəcə gündəlik keçim vasitələrimizi dəyişən, ama özündə, xislətində heç dəyişməyən, çətinə düşdüyündə o müasirlik elbisəsini bir qırağa atıb, yaradılışdan sahib olduğu instinklərinə bürünən insanlar deyilik də nəyik ? Gələlim əsər haqqında düşüncələrimə. Patasana ? Adı qəribə mi gəldi ? Nə demək Patasana ?! Patasana miladdan öncə 1600cü illərdə Anadolu torpaqlarında yaşamış bir çox qədim insan sivilizasiyasından biri olan Hititler krallığında, kral Pişirişin yazmanıdır. O dövr üçün yazıb-oxumaq qabiliyyətinə yalnız çox nadir sayıda insanlar malik idi, və adətən belə insanlar saraylarda dövlət yazışmalarını həyata keçirən özəl görəvləndirilmiş şəxslər olurdu. Patasana da onlardan biridir. Bir neçə nəsil krallara yazmanlıq edən bir sülalənin övladı olaraq dünyaya gəlir, və uşaqlığından atası və babası tərəfindən gələcəkdəki bu görəvi devr alması üçün yetişdirilir. Onun öz tragedik həyatı haqqında yazdığı tabletlər günümüz arxeoloqları tərəfindən qazıntılar nəticəsində aşkar edilən, və dövlət yazışması olmayan, qeyri rəsmi ilk tabletlerdir. Hadisələr tarixi cəhətdən çox qiymətli tapıntıları aşkar edən bir qrup arxeoloqlar ətrafında cərəyan edən və bu qazıntı işlərinin yaxından-uzaqdan səbəb olma ehtimalının ola biləcəyi cinayət silsiləsiləri barədədir. Eyni zamanda hissə-hissə çözülməyə başlayan Patasananın tabletləri ilə qədim Hitit sivilizasiyasiya haqqında bilgilər edinir, və həm Patasana tabletlərinin vermək istədiyi mesajla, günümüz hadisələrinin əlaqəsi müəllif tərəfindən mükəmməl biçimdə əlaqələndirilir. Və bir not daha. Diqqət etdiyim digər məqam isə yazıçının hər hakayedə yaratdığı bir cani obrazı ilə onun törətdiyi cinayətlərdə şəxsən onu günahlandırmır, onu bu cinayətləri işləməyə sürükləyən cəmiyyətin səhvlərini göstərərək əslində bir formada hər birimizə ayna tutur. Məsələ insan evladının bitmək tükənmək bilməyən vahşeti. Qəhramanın sözləri ilə desək “Patasan insanlar dilleri, dinleri, ırkları farklı oldukları için birbirlerini öldürmesinler diye yazdı bunları. Öteki büyük metinler de bunun için yazıldı. Ama söyler misiniz ne işe yaradı ? Şu anda dünyanın pek çok bölgesinde insanlar toprak için, kâr için, pazarları ele geçirmek için, dillerin, dinlerin, ırkların ayrılığım bahane ederek birbirlerini boğazlamıyorlar mı ? Dikkat edin aradan tam iki bin yedi yüz yıl geçmiş, insanoğlu toprağın, denizin, gökyüzünün gizini çözmüş ama birbirini öldürmekten vazgeçmemiş. Milyonlarca insanı etkileyen kutsal kitapların yapamadığını Patasana'nın tabletleri mi yapacak? Buna inanacak kadar saf mısınız?”. Patasana tabletləri bizə İnsanoğlunun acımasızlığını anlatır. Kitabda deyildiyi kimi “insanlık tarihi başlangıcından itibaren bunu anlatıyor zaten. Kimi aptalların, insan iyidir, insan güzeldir, insan yücedir' diye saçmalamaları bu gerçeği değiştirmez..." "değil mi ? Sevərək tövsiyə edəcəyim bir kitab. Oxumaq istəyən hər kəsə xoş mütaliələr.
PatasanaAhmet Ümit · Everest Yayınları · 201229,4bin okunma
·
44 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.