Gönderi

Oxucum, olmuşdurmu, olmuşdurmu ki, candan əziz ömür-gün dostunu, uşaqlıq, gənclik yoldaşını, sevinc, kədər yoldaşını, qəlb sirdaşını arzulamısan, axtarmısan? Axtarmısan, lakin sizi ayıran zaman, məkan, məsafə və hər hansı bir maneə görüşə həsrət qoymuşdur. Belə bir vəziyyətdə, gözlənilmədən, birdən-birə ürək sirdaşın ilə qarşılaşırsan. Burada adamın bütün qanı qəlbinə axır, ürək döyünür, gözlər böyüyür, sifət işıqlanır, güman edirsən ki, bütün arzuların qol açıb səni qucaqladı.
Sayfa 19 - Kitab KlubuKitabı okudu
·
74 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.