Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
10/10 puan verdi
·
Beğendi
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edir.
"İlk müəllimim" Çingiz Aytmatovun kiçik həcmli əsəri - povestidir. Yazıçı bu povestində qəhrəmanların simasında qırğız xalqının ruhunu, yaşayış tərzini və psixologiyasını parlaq boyalarla əks etdirmişdir. Əsərin əsas qəhrəmanı gənc Dyuşendir. Dyuşen xalqı qaranlıq keçmişdən parlaq gələcəyə keçirmək uğrunda mübarizə aparan gənc obrazdır. Onun məktəb yaratmaq, uşaqlara bilik vermək istəyi, bu yolda qarşılaşdığı maneələr və bir müəllimin şagirdin həyatındakı rolu əsərin əsas mövzusunu təşkil edir. Əsərdəki əsas qəhrəmanlardan bir digəri də Dyuşenin şagirdi Altınaydır. Dyuşen min bir əziyyətlə Altınayın təhsil alması üçün çalışır və buna nail olur. Hadisələri hazırda bir universitetdə müəllim işləyən Altınayın gənc rəssama yazdığı məktubundan oxuyuruq. Altınay məktubda ilk müəllimindən sevgi ilə bəhs edir, Dyuşenin onun həyatındakı silinməz izindən ürək dolusu söz açır: "Niyə insanların izi xatirəsi əziz olan yerlərdə əbədi qalmır? Əgər mən Dyuşenlə dağdan qayıdarkən yeridiyimiz cığırı tapa bilsəydim dizlərimi yerə vurub müəllimimin ayaq izlərini öpərdim. O cığır mənim yollarımın başlanğıcı, həyata, özümə qayıdışım oldu." "İlk müəllimim" birnəfəsə oxunacaq, kiçik olsa da çox dərin və təsirli əsərdir. Müəlliminin həyatında böyük izi olan bir şagird olaraq çox bəyəndim:) Tövsiyyə edirəm. Kitabla qalın... “Bir müəllim, bir şagird, bir kitab və bir qələm dünyanı dəyişə bilər.” - Məlalə Yusufzay
İlk Öğretmenim
İlk ÖğretmenimCengiz Aytmatov · Nora Kitap · 20187,4bin okunma
·
143 görüntüleme
M.zade okurunun profil resmi
Həmişəki kimi gözəl təhlil. Heç qarşıma çıxmamışdı bu əsər. Mütləq oxuyacam.🥰
Vəfa Hafiz okurunun profil resmi
Təşəkkür edirəm.☺️🌷 Xoş mütaliələr indidən.
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.