·235 syf.··Beğendi
···Okunma: 11 Nisan 2023 23:22 Deməli belə. Bir kitabında sonuna gəldik. Təbiki həm sevdiyim həm sevmədiyim hissələr var kitabda. Əvvəlcə sevmədiyimdən başlayaq)
Məni ən çox əsəbləşdirən şey kitabda qadının alçaldılması,kişinin üstün göstərilməsi... təəssüf ki bu işlənmişdi... "qadınn kişiyə ehtiyacı var qadın gücsüzdü buna görə sevməyi normaldı bəs niyə kişilər bu gücsüz varlıqları sevir bağlanır" o qədər dar düşüncədir ki..... nəysə bunu çoxda uzatmayacam. Keçək digər iradıma. Yazarın daha əvvəl "mələk" romanını oxumuşdum (yarıda qoymuşam) və ordanda gördüyüm kimi deyəsən yazarımız ilk görüşdə eşqə çox inanır>.< yəni o qədər abartılıb ki,hər iki kitabdada necə deyərlər "ətim tökülürdü" Sadəcə 5 dəqiqə görürlər bir birini , məktubda yazırlar ki ayyy nə bilim az qala intihar edəcəkdim dərdindən,ayy özümü yerlərə vurdum falan filan. Öz özümə dedim ki "qardaş dayan dayan nağarırsan" hələ ilk dialoqları nə oldu bir təxmin edin a dostlar>.<
"+Səndə mənə aşiqsən elə -hə həmdə çox sənsiz ölərəm" ilk qarşılaşma ilk dialoq (my ət is tökülüyoring sjsjsksk)
Eyni zamanda kitab sonlara qədər heç axıcı maraqlı deyildi. Bunlar biryerdə kitabdan soyumağıma gətirib çıxardı. Normalda başladığım kitabı 2-3 günə bitirirəm ancaq bu sıxıcı gəldiyi üçün uzun çəkdi.
Gələk sevdiyim hissələrə.
Altından xətt çəkiləsi ifadələr inanılmaz çox idi. Yazarın çox gözəl düşüncələri var. Oxuduqca o hissələri zövq alırdı insan. Və birdə sonluğu çox sevdim kitab başdan maraqsız gəlib sonlara yaxın yanıltdı. Düzü heç belə sonluq gözləmirdim. Gözlənilməyən sonluqda elə ən gözəlidir Ən əsasda narkoman və atasının birdə erməni ailə olan hissələri inanılmaz sevdim ən sevdiyim hissəydi deyə bilərəm. Qəlbimə toxundu.....
Yekun olaraq bunu demək isdəyirəm ki Qaraqan mənim fikrimcə abartılacaq tərzdə yazmır ən azından məni cəlb etmir əsərləri. Təkrardan oxuyarammı bilmirəm.(((
Qüsursuz kitab yoxdur♡.♡ Qüsurlarıyla sevin kitabları....Kitabla qalın!! Salamat qalın!!