Puan vermedi·192 syf.····Okunma: 12 Nisan 2023 01:35 Kitab adındanda məlum olduğu kimi TC'nin qurucusu Ataturk ve Əhməd Ağaoğlu arasinda olan munasibəti bizə çatdırır. Ağaoğlu Azərbaycanın yetişdirdiyi ziyalılardan biridir. Təhsilini Avropada almışdır. Ittihat və Tərəqqi cəmiyyətinin üzvlərindən olmuşdur. Sonralar buna görə sürgünə göndərilmişdir. Atatürkü də ilk dəfə sürgündə olarkən görmüşdü. Sürgündən sonra İstanbula gəldi. Bir xeyir sevərin verdiyi pulla Ankara hökümətinə dəstək üçün yola çıxmışdır. Milli mucadilə zamanında öz qələmindən məharətlə istifadə etmişdir. Buna görədə Atatürkün xususi hörmətini qazanmışdır.
Cumhuriyyət yeni qurulan zaman CHP tərəfindən idarə edilirdi. Bu Türkiyənin demokratik görüntüsünə ciddi xələl gətirirdi. Buna görədə Atatürk Fransa səfiri Fethi Okyarı çağırıb onunla muzakirələr etti. Sərbəst Firqənin qurulmasına qərar verdilər. Bu qərarın ən atəşli dəstəkcilərindən biridə Ağaoğlu olmuşdur. Ancaq bu partiyanin ömrü uzun olmadı. Ataturk partiyanın iplərini əlindən qaçırdığını görüb partiyanı qapattı. Mətubatta partiya haqqında "ərəb xurafatlarını geri gətirəcəklər" iddiası var idi. Bu iddianın düzgün olmadığını çox adam bilirdi. Mətubatda olan "ərəb xurafatı" ifadəsi "İslam şəriətidir". Bu da Cumhuriyyətin ilk dönəmlərindən İslama qarşı olan munasibəti bizə göstərir.
Ağaoğlu digər Atatürkcülər kimi onu ilahlaşdırmırdı. Ona qarşı gələn nadir insanlardan idi. Bəzən munaqişənin sonu təhqir və alçaltma ilə bitirdi. Bu təhqirlərdən biri "Sən sığıntısan" olmuşdur. Atatürkün bu ifadəsi Ağayevi olduqca sarmışdı. O getmək üçün ayağa qalxanda Atatürk onu qucaqlayıb "Yanlış anladın" demişdir. Ancaq Ağaoğlu buna fikir vermədən evinə getmişdir. Bu munaqişədən sonra artıq əvvəlki kimi tez-tez görüşməməyə başladılar. Ancaq Atatürkün ölümündən sonra Ağaoğlunun övladlarının xatirələrindən onun necə sarsıldığını anlamaq olur. O ölənə qədər Atatürkcü biri olaraq qalmışdı.