Nə yaxşı bu yerdə çıxdın rastıma,
Elə bil gün doğdu süst həyatıma.
Sözün məlhəm oldu qol-qanadıma,
Xeyli yaşadacaq məni bu ümid.
Fikrimə, duyğuma çökmüşdü duman,
Dumanda sozalan çıraq kimiydim.
Səhra günəşinin altında yanan
Qovrulub sızlayan torpaq kimiydim.
Bu yağış hayandan çiləndi gəldi,
Gözümün üstündə şeh gilələndi,
Xeyli yaşadacaq məni bu